Abşeron rayonunda minik avtomobili ilə sərnişin avtobusu toqquşub.
Bizim.Media xəbər verir ki, yol-nəqliyyat hadisəsi Saray körpüsündə qeydə alınıb.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü xəsarət alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. (oxu.az)
Bizim.Media