Gəncədə yük maşını piyadanı vuraraq öldürüb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan yük avtomobili yolun qarşı tərəfinə keçmək istəyən piyada, 1966-cı il təvəllüdlü R. Məmmədovanı vurub.
Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu