İcra başçısının müavini ilə dalaşan şəxs HƏBS EDİLDİ

Qəbələ İcra Hakimiyyətində keçirilən qəbul zamanı icra başçısının müavini ilə dalaşan şəxs inzibati məsuliyyətə cəlb edilib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə ötən həftə Qəbələ Rayon İcra Hakimiyyətinin inzibati binasında baş verib.
 

İşsiz olduğu üçün qəbula yazılan rayonun Soltannuxa kənd sakini 1968-ci il təvəllüdlü S. Məmmədovla (şərti soyadlı) icra başçısının müavini Arif Abdullayev arasında insident baş verib.


Onları icra hakimiyyətinin digər əməkdaşları ayırıblar. S. Məmmədov oraya dəvət edilmiş polis əməkdaşları tərəfindən saxlanılaraq Qəbələ RPŞ-yə aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

RİH əməkdaşlarının iştirakı ilə tərtib edilmiş aktda qeyd edilib ki, S. Məmmədov əvvəllər dəfələrlə icra başçısının, başçının müavini və digər vəzifəli şəxslərin qəbulunda olub:

“5 dekabr 2025-ci il tarixdə, saat 09:20 radələrində Qəbələ Rayon İcra Hakimiyyətinin inzibati binasında olarkən S. Məmmədovun psixoloji durumu yerində olmayıb, özünü idarə edə bilməyərək nə istədiyini bilmədən səs tonunu olduqca yüksəldib, əsassız ittihamlar səsləndirərək qəbula gələn digər vətəndaşlara problem yaradaraq ictimai asayışı kobud şəkildə pozub, habelə başçının müavini Arif Allahverdiyevə əl-qol atmağa cəhd göstərib və hədə-qorxu gəlib”.

S. Məmmədov isə ifadəsində iddia edib ki, ilk olaraq başçının müavini ona hücum edib: “Bu il Qəbələ rayon Peşə Təhsil Mərkəzində yataqxana növbətçisi vəzifəsindən işdən çıxarıldım. Ali təhsilli iqtisadçı olmağıma baxmayaraq, hazırda günəmuzd fəhlə işləyirəm. Amma sağlamlığım imkan vermədiyindən həmin məşğuliyyəti davam etdirə bilmirəm.

İxtisasına uyğun işlə təmin edilməkdən ötrü dəfələrlə məmurların qəbulunda olmuşam, amma indiyədək işlə təmin olunmamışam. İcra başçısının qəbuluna da işə düzəlmək məqsədilə getmişdim. İcra başçısının müavini Arif Abdullayevin qəbulunda oldum və ona gəlişinin məqsədini bildirərək başçı ilə görüşmək istədiyimi bildirdim.

Həmin vaxt Arif Abdullayev heç bir səbəb olmadan mübahisə etməyə başladı, qəfildən üzərimə hücum edərək iki əli ilə boğazımdan tutaraq məni boğmağa cəhd etdi. Qəbələ RİH-nin şöbə müdiri Abdullayevi tutub kənara çəkərək bizi bir-birimizdən ayırdı.

Həmin vaxt özümü itirdim, səhhətimdə narahatlıq yarandığı üçün xəstəxanaya getdim”.

Qəbələ Rayon Məhkəməsinin qərarı ilə S. Məmmədov 10 sutkalıq inzibati həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu kəndə köçənlərə 54 min manat verilir

Bu kəndə köçənlərə 54 min manat verilir

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Mark Zuckerberg süni intellektl agenti yaradır

Mark Zuckerberg süni intellektl agenti yaradır

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

Neft bütün dünyaya neçə il bəs edəcək?

Neft bütün dünyaya neçə il bəs edəcək?

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Məşhur italyan müğənnisi vəfat etdi

Məşhur italyan müğənnisi vəfat etdi

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

Bu qidalar infarkt riskini azaldır

Bu qidalar infarkt riskini azaldır

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Qriamannın oynayacağı klub dəqiqləşdi

Qriamannın oynayacağı klub dəqiqləşdi

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

End of content

No more pages to load

RADİO