Ramiz Mehdiyevə yaxın olan bu rektorlar da GEDƏCƏK

Azərbaycan ictimai-siyasi diskursunda Ramiz Mehdiyevin adı gündəmdə qalmağa davam edir. Son günlər Prezident Administrasiyasının sabiq rəhbərinə yaxın olmuş vəzifəli şəxslərin statusu ilə bağlı ciddi dəyişikliklərdən danışılır.

Bu dəyişikliklər içərisində universitet rektorlarının vəzifədən azad olunması barədə xəbərlər də xüsusi diqqət çəkir.
 

İki gün öncə Şahin Əliyevin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilməsi akademik Ramiz Mehdiyevə yaxın olmuş universitet rəhbərlərinin məsələsinin gündəmdən çıxmadığını təsdiqlədi.


Rektor postu ilə vidalaşmalı olan Şahin Əliyev bu vəzifəyə gəlməzdən öncə uzun illər Prezident Administrasiyasında şöbə müdiri işləyib. Şahin Əliyev siyasi çevrələrdə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə yaxın kadrlardan biri kimi tanınıb. Elə onun Adminsitrasiyadakı vəzifəsini itirəndən sonra rektor postuna aparılmasının da Ramiz Mehdiyevin sayəsində baş tutduğu söylənilir.

Ramiz Mehdiyev uzun illər Azərbaycan siyasi sistemində “boz kardinal” kimi tanınmışdı - Prezident Administrasiyasının rəhbəri kimi mərkəzi hakimiyyət aparatında əsas oyunçulardan biri olmuşdu.

1995–2019-cu illərdə bu postda fəaliyyət göstərərkən bir çox mühüm qərarların verilməsinə təsir göstərmişdi.

Akademik Mehdiyevin uzun illər ərzində formalaşdırdığı şəbəkənin universitetlərdə müxtəlif səviyyələrdə təmsil olunduğu qeyd edilir: bu sırada rektorlar, prorektorlar, dekanlar, kafedra müdirlərinin az olmadığı vurğulanır. Vaxtilə “boz kardinal”ın himayəsilə təhsil ocaqlarında müxtəlif vəzifələrə yerləşən bu şəxslər uzun müddət "yuxarıdan" onlara verilən təlimatlara uyğun davranıblar. Bu isə təhsilin keyfiyyətinə mənfi təsir göstərib. Nəticədə cəmiyyətin ali təhsil ocaqlarındakı mühitə etimadı da zədələnib.
 

Təhsil ekspertləri deyirlər ki, universitetlərin idarəçiliyi siyasətdən təsirlənmədən, akademik dəyərlər üstün tutularaq həyata keçirilməlidir ki, uzunmüddətli inkişaf təmin edilsin.


Bizim.Media xəbər verir ki, Modern.az-ın məlumatlı mənbədən əldə etdiyi məlumata görə, önümüzdəki günlərdə universitet rəhbərlərilə bağlı yeni kadr dəyişikliklərinə şahidlik edəcəyik.

Belə ki, bir sıra ali təhsil ocaqlarına Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə yaxın şəxslərin rəhbərlik etdiyi bildirilir. Onların kimlər olduğuna gəlincə, məlumatlı mənbədən növbəti kadr dəyişikliklərinin bu sualın cavabına işıq salacağı bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu kəndə köçənlərə 54 min manat verilir

Bu kəndə köçənlərə 54 min manat verilir

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Mark Zuckerberg süni intellektl agenti yaradır

Mark Zuckerberg süni intellektl agenti yaradır

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

Neft bütün dünyaya neçə il bəs edəcək?

Neft bütün dünyaya neçə il bəs edəcək?

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Məşhur italyan müğənnisi vəfat etdi

Məşhur italyan müğənnisi vəfat etdi

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

Bu qidalar infarkt riskini azaldır

Bu qidalar infarkt riskini azaldır

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Qriamannın oynayacağı klub dəqiqləşdi

Qriamannın oynayacağı klub dəqiqləşdi

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

End of content

No more pages to load

RADİO