Gəncədə avtomobillərin toqquşması iki nəfər xəsarəti ilə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza zamanı sürücülər – 1976-cı il təvəllüdlü Maarif İsayev və 1999-cu il təvəllüdlü Novruz Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu