BİZİM TƏQVİM:12 dekabrda baş vermiş tarixi hadisələr

Bu gün Ümummilli lider Heydər Əliyevin anım günüdür. Görkəmli siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti (1993-2003) Heydər Əliyev  Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qırğına etiraz əlaməti olaraq bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.

O, Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı Mixail Qorbaçovun ikiüzlü siyasətinə etiraz olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olub. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxıb.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Xalqın böyük sevgisini qazanan Ulu Öndər 1998-ci il oktyabrın 11-də keçirilən seçkilərdə ikinci dəfə Prezident seçilib.

Bəs, dekabrın 12-də dünyada daha nələr olub?

1. 1866-cı il 12 dekabrda İngiltərənin cənubu Yorkşiredəki (Yorkshire) Oaks kömür mədənində “grizu” partlayışı baş verdi, təxminən 400 mədənçi həyatını itirdi.

2. Amerika Birləşmiş Ştatlarında köləliyi sona çatdıran vətəndaş müharibəsindən 5 il sonra – 1870-ci ilin 12 dekabrında Cənubi Korolina ştatını təmsil edən Cozef H.Reyni ABŞ Konqresinə seçilən ilk qara dərili oldu.

3. 1911-ci ildə Parisin Luvr Muzeyindən oğurlanan "Mona Liza" (Mona Lisa) tablosu 1913-cü ilin 12 dekabrında İtaliyanın Florensiya şəhərində tapıldı.

4. 1925-ci il 12 dekabrda fars Rza xan İranda türk Qacarlar sülaləsinə son qoyaraq Pəhləvi soyadı ilə özünü şah elan etdi.

5. Faşistlərdən qaçan yəhudiləri aparan "Salvador" gəmisi 1940-cı ilin 12 dekabrında Silivri sahillərində fırtınaya tuş gələrək qayalara çırpıldı və batdı. Gəmidəki 352 nəfərdən 219-u boğularaq və donaraq həyatlarını itirdilər.

6. 1945-ci ildə Cənubi Azərbaycanda 21 Azər İnqilabı qələbə qazandı. Həmin gün özünün növbəti iclasına toplanan Azərbaycan Milli Məclisi demokratik firqənin lideri Seyid Cəfər Pişəvəriyə hökumətin təşkilini tapşırdı. Pişəvərinin baş nazir olduğu yeni hökumətə Səlamulla Cavid, Qulamrza İlhami, Rza Rəsuli, Cəfər Kavian, Məhəmməd Biriya və başqaları daxil idi. Amma bu hökumət cəmi 1 il fəaliyyət göstərdi, sonra şah üsuli-idarəsi tərəfindən amansızlıqla məhv edildi.  

7. İkinci Dünya Müharibəsindən sonra - 1946-cı ildən Türkiyə 12-18 dekabr tarixlərini Yerli Mal Həftəsi olaraq qeyd etməyə başladı.

8. 12 dekabr 1992-ci ildə İndoneziyanın Nusa Tenqqara (Tenggara) bölgəsindəki adalarda 6,8 bal gücündə zəlzələ baş verdi ki, hadisə zamanı 1490 adam həyatını itirdi.

9. ABŞ-da “ilan hekayəsi”nə dönən seçki nəticələrinə son nöqtəni 2000-ci ilin 12 dekabrında Federal Ali Məhkəmə qoydu. Floridada səslərin yenidən sayma əməliyyatını dayandıran məhkəmə prezident seçkilərini Respublikaçı Partiyanın namizədi Corc Buşun (George W. Bush) qazandığını elan etdi.     

12 dekabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 12 dekabr 1928-ci ildə Qırğızıstanda dünya ədəbiyyatının tanınmış yazıçısı Çingiz Aytmatov anadan olub. Ç.Aytmatov üçün ədəbiyyatda yeganə və böyük mövzu – insan mövzusu var.  Yazıçının “Gün var əsrə bərabər” romanı ilə yanaşı, “Əlvida, Gülsarı!”, “Dəniz kənarıyla qaçan Alabaş”, “Ağ gəmi” və “Cəmilə” povestləri də o bəşəri insanı yaxşı və ya pis – bütün xasiyyətləri ilə birgə açır (1928-2008).

2. "Altın hızma mülayim" mahnısı ilə tanınan, kərkük nəğmələri ifaçısı Əbdürrəhman Kızılay 2010-cu ilin 12 dekabrında dünyadan köçüb. (1938-2010)

3. 12 dekabr 1926-ci ildə Əməkdar mədəniyyət işçisi Aşıq Pənah (1926 – 26.8.1978) Salyan rayonunda doğulub. Salyan Dram Teatrında çalışıb. “Kür” aşıqlar ansamblını yaradıb.

4. 12 dekabr 1927-ci ildə Əməkdar mədəniyyət işçisi Alp Ağamirov (1927-2000) anadan olub. Azərbaycan Televiziyasında baş redaktor işləyib.

5. 12 dekabr 1931-ci ildə tanınmış aktyor Tələt Rəhmanov (1931 – 13.11.1995 anadan olub. “Arşın mal alan” (1965), “Qayınana”, “Kişi sözü” və s. filmlərdə çəkilib.

6. 12 dekabr 1936-cı ildə  Əməkdar rəssam Qüdrət Hacıbəy oğlu Məmmədov (1936 – 20.2.2021)  anadan olub. Uzun illər Şəki Dövlət Dram Teatrının baş rəssamı işləyib.

7. 12 dekabr 1939-cu ildə Əməkdar incəsənət xadimi, kinorejissor Fikrət Əliyev (1939-2016) anadan olub. “Baladadaşın ilk məhəbbəti”, “Qızıl uçurum”, “Yuxu”, “Axırıncı dayanacaq”, “Ölüm növbəsi” filmlərinə quruluş verib.

8. 12 dekabr 2002-ci ildə Xalq şairi Cabir Novruz (12.3.1933 – 2002) vəfat edib. Şeirlərinə populyar mahnılar (“Cavanlığım”, “Ey həyat, sən nə qəribəsən”, “Tələbəlik illəri” və s.) bəstələnib.

9. 12 dekabr 2007-ci ildə Xalq yazıçısı Hüseyn Abbaszadə (22.11.1922 – 2007) vəfat edib. Əsərləri: “General”, “Burulğanlar”, “Ləpədöyəndə”, “Çəmbərəkənd balladası” və s.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu kəndə köçənlərə 54 min manat verilir

Bu kəndə köçənlərə 54 min manat verilir

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Mark Zuckerberg süni intellektl agenti yaradır

Mark Zuckerberg süni intellektl agenti yaradır

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

Neft bütün dünyaya neçə il bəs edəcək?

Neft bütün dünyaya neçə il bəs edəcək?

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Məşhur italyan müğənnisi vəfat etdi

Məşhur italyan müğənnisi vəfat etdi

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

Bu qidalar infarkt riskini azaldır

Bu qidalar infarkt riskini azaldır

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Qriamannın oynayacağı klub dəqiqləşdi

Qriamannın oynayacağı klub dəqiqləşdi

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

End of content

No more pages to load

RADİO