Neft Zavodundakı yanğında 3.7 milyon manat ZİYAN DƏYİB - Cinayət işi yekunlaşdı

Bakı şəhəri Nizami Rayon Məhkəməsi Neft Emalı Zavodunda (NEZ) bu ilin mart ayında baş verən güclü yanğınla bağlı cinayət işinə yekun vurub.

Bizim.Media xəbər verir ki, məhkəmə Zavodun baş operatoru Sadiq Qarayevi təhlükəsizlik qaydalarını kobud şəkildə pozmaqda təqsirli bilərək onu 3 il müddətinə azadlıqdan məhrum edib.

Hökmlə təqsirləndirilən şəxs həmçinin 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum olunub.

İstintaq materiallarına və məhkəmə araşdırmasına görə, martın 5-də NEZ-in 21 nömrəli qurğusunda təmir işləri zamanı N-21/1 saylı nasosun flanşı açılarkən boruda qalmalı olmayan yüksək temperaturlu mazut təzyiqlə ətrafa püskürüb və havayla təmasda dərhal alışaraq iri həcmli yanğına səbəb olub.

Yanğın nəticəsində qurğunun avadanlıqları sıradan çıxıb, 45 gün ərzində zavodun emal gücü 11 min ton azalıb, müəssisəyə ümumilikdə 3,7 milyon manata yaxın maddi ziyan dəyib.

Məhkəmənin ekspertiza rəyləri göstərib ki, nasosun giriş siyirtməsinin “saxlamadığı” barədə əvvəlcədən həm növbə jurnalında, həm də işçilərin “WhatsApp” qrupunda xəbərdarlıq qeydləri olsa da, təmirə hazırlıq zamanı bu nasazlıq tam aradan qaldırılmayıb.

Təqsirləndirilən baş operatorun borunun tam boşaldıldığına və təhlükəsizliyə əmin olmadan nasosu təmir briqadasına təhvil verdiyi müəyyən edilib. Eyni zamanda, martın 8-də, yəni ilk yanğından cəmi üç gün sonra eyni qurğuda qaynaq işlərinin aparıldığı ərazidə dizel axıdılması ilə yenidən yanğın təhlükəsi yaradıldığı sübuta yetirilib.

Məhkəmə həm təqsirləndirilən şəxsin əməli etiraf etməsini, həm zərərçəkmiş müəssisə ilə barışıq əldə edilməsini, həm də onun himayəsində iki azyaşlı övladının olmasını yüngülləşdirici hal kimi nəzərə alıb. Bununla yanaşı, təhlükəsizlik qaydalarının bir neçə dəfə ardıcıl pozulması “təkrar cinayət” kimi qiymətləndirildiyindən cəza ağırlaşdırılıb.

Hökmə əsasən, təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bavariyada terror aktı hazırlayan 5 nəfər TUTULDU

Bavariyada terror aktı hazırlayan 5 nəfər TUTULDU

Suriyada İŞİD-ə qarşı əməliyyat keçirilir

Suriyada İŞİD-ə qarşı əməliyyat keçirilir

Messinin səfərini təşkil edən şəxs saxlanıldı - Ödənişlər qaytarılacaq

Messinin səfərini təşkil edən şəxs saxlanıldı - Ödənişlər qaytarılacaq

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI - VİDEO

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI - VİDEO

Əkbər ən böyük arzusuna çatdı - VİDEO

Əkbər ən böyük arzusuna çatdı - VİDEO

Leninin cəsədi mavzoleydən KÖÇÜRÜLÜR - Yerində isə...

Leninin cəsədi mavzoleydən KÖÇÜRÜLÜR - Yerində isə...

Bakıda toyda ŞOK YAŞANDI: Bəylə gəlin boks əlcəkləri taxaraq... - VİDEO

Bakıda toyda ŞOK YAŞANDI: Bəylə gəlin boks əlcəkləri taxaraq... - VİDEO

ChatGPT 5.2 -dən növbəti yenilik: Artıq burada fəaliyyətə başladı

ChatGPT 5.2 -dən növbəti yenilik: Artıq burada fəaliyyətə başladı

Daha 2 boksçumuz Avropa çempionatında yarımfinala YÜKSƏLDİ

Daha 2 boksçumuz Avropa çempionatında yarımfinala YÜKSƏLDİ

Tramp qarşısında aciz qalan Avropa 20 ilə yox olacaq? - VİDEO

Tramp qarşısında aciz qalan Avropa 20 ilə yox olacaq? - VİDEO

"Tarqovu"da maraqlı sevgi ETİRAFI - VİDEO

"Tarqovu"da maraqlı sevgi ETİRAFI - VİDEO

33 yaşlı qadın 18 yaşlı oğlandan uşaq DOĞDU - Efirdə QALMAQAL - VİDEO

33 yaşlı qadın 18 yaşlı oğlandan uşaq DOĞDU - Efirdə QALMAQAL - VİDEO

Goranboyda zəncirvari qəza - Avtomobillərə ciddi ziyan dəydi

Goranboyda zəncirvari qəza - Avtomobillərə ciddi ziyan dəydi

"Ayıb olsun mənə dediklərinə görə" - ağlayaraq efirdən GETDİ - VİDEO

"Ayıb olsun mənə dediklərinə görə" - ağlayaraq efirdən GETDİ - VİDEO

Sidneydə atəş açan şəxsi müsəlman zərərsizləşdirdi - VİDEO

Sidneydə atəş açan şəxsi müsəlman zərərsizləşdirdi - VİDEO

Zelenski Ukraynanın NATO üzvlüyündən imtinası üçün şərtini açıqladı

Zelenski Ukraynanın NATO üzvlüyündən imtinası üçün şərtini açıqladı

Dünən saxlanılan tiktokerə HƏBS CƏZASI verildi

Dünən saxlanılan tiktokerə HƏBS CƏZASI verildi

Bakıda Özbəkistan Mədəniyyət Günlərinin açılış mərasimi keçirildi

Bakıda Özbəkistan Mədəniyyət Günlərinin açılış mərasimi keçirildi

"Qarabağ" "Araz-Naxçıvan"ı böyük hesabla məğlub etdi - VİDEO

"Qarabağ" "Araz-Naxçıvan"ı böyük hesabla məğlub etdi - VİDEO

Məktəb direktorunun işə bərpa tələbi rədd edildi - Ali Məhkəmənin QƏRARI

Məktəb direktorunun işə bərpa tələbi rədd edildi - Ali Məhkəmənin QƏRARI

Britaniyanın Azərbaycan üzrə ticarət elçisi Naxçıvana getdi - FOTO

Britaniyanın Azərbaycan üzrə ticarət elçisi Naxçıvana getdi - FOTO

Berlində Zelenski ilə Uitkoff və Merts arasında görüş başladı – FOTO

Berlində Zelenski ilə Uitkoff və Merts arasında görüş başladı – FOTO

Saray körpüsündə minik avtomobili ilə sərnişin avtobusu toqquşdu - VİDEO

Saray körpüsündə minik avtomobili ilə sərnişin avtobusu toqquşdu - VİDEO

Pənah Hüseyni XƏBƏRDAR ETDİ: “Gizli ... üzə çıxsa, biabır olacaq”

Pənah Hüseyni XƏBƏRDAR ETDİ: “Gizli ... üzə çıxsa, biabır olacaq”

End of content

No more pages to load

RADİO