Kapital Bank-ın kiberdələduzluqla mübarizə mövzusunda təlimləri davam edir

Kapital Bank “Dayan, düşün, dəqiqləşdir” kampaniyası çərçivəsində kiberdələduzluqla mübarizə mövzusunda maarifləndirici təlimlərini davam etdirir. Gəncə şəhərində yerləşən ali məktəblərin ardından bank nümayəndələri bu dəfə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) qonaq olublar. Universitetin akademik heyəti üçün təşkil edilən təlim ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayevin çıxışı ilə başlayıb. O, çıxışında rəqəmsal mühitdə təhlükəsizlik məsələlərinin aktuallığını vurğulayaraq, bu kimi təşəbbüslərin əməkdaşların məlumatlılığının artırılmasında mühüm rol oynadığını bildirib.
 

Daha sonra Kapital Bank-ın Fraud halları və rəqəmsal əməliyyatların araşdırılması şöbəsinin müdiri Nəsib Süleymanov kiberdələduzluğun geniş yayılan formaları və gündəlik əməliyyatlar zamanı diqqət edilməli məqamlar haqqında danışıb. Bankın Təhlükəsizlik Departamentinin direktor müavini Emil Qasımov isə son dövrlərdə artan fırıldaqçılıq halları, istifadəçilərin qarşılaşdığı risklər və Kapital Bank tərəfindən həyata keçirilən qabaqlayıcı təhlükəsizlik tədbirləri haqqında iştirakçılara məlumat verib.


Tədbirin yekununda keçirilən interaktiv sual-cavab sessiyasında isə bank nümayəndələri auditoriyanı maraqlandıran suallara aydınlıq gətirib.

Qeyd edək ki, maliyyə qurumlarının həyata keçirdiyi təhlükəsizlik tədbirləri ilə yanaşı hər kəsin kiberdələduzluğa qarşı diqqətli olması, şəxsi hesablarını qoruması və fərdi məlumatlarını, kartlarını digər şəxlərlə paylaşmaması olduqca vacibdir. Kartın üzərindəki 16 rəqəmli PAN nömrə, kartın arxasında olan 3 rəqəmli CVV kod və mobil nömrəyə göndərilən 4 rəqəmli OTP şifrə yalnız kart sahibinə məxsusdur və bu məlumatları heç kimlə bölüşmək olmaz. Unutmayaq ki, heç bir bank əməkdaşı müştəriyə sosial şəbəkə hesabından və ya xarici nömrədən zəng edə bilməz. Kapital Bank adından zəng edən şəxslərin isə bank əməkdaşı olub olmadığını yoxlamaq olduqca asandır. Bunun üçün müştərilər zəng edən şəxsdən bank əməkdaşı olduğunu təsdiq edən mesaj tələb edə bilər.

O həqiqətən bank əməkdaşıdırsa vətəndaş Birbank mobil tətbiqində bunu təsdiq edən bildiriş alır. Bildirişdə qeyd edilir: “Dəyərli Birbanklı, bank məhsulunu təklif edən şəxsin bankımızın əməkdaşı olduğunu təsdiq edirik. Bizə güvəndiyiniz üçün təşəkkür edirik”. Mobil tətbiqdə bildiriş alındığı təqdirdə zəng edən şəxslə danışığı davam etdirmək olar, əks halda zəngi dərhal sonlandırmaq lazımdır. 

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 50 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – //kbl.az/prcrc.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Karantin qapıda: Yeni virus yayıldı

Karantin qapıda: Yeni virus yayıldı

Əhaliyə XƏBƏRDARLIQ – Bu ərazilərdən uzaq durun!

Əhaliyə XƏBƏRDARLIQ – Bu ərazilərdən uzaq durun!

Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi

Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi

Xatəm əl-Ənbiya: “ABŞ məğlubiyyətini razılaşma kimi təqdim etməyə çalışır” – VİDEO

Xatəm əl-Ənbiya: “ABŞ məğlubiyyətini razılaşma kimi təqdim etməyə çalışır” – VİDEO

Tərtərdə AĞIR QƏZA – Qardaşlar həyatını itirdi

Tərtərdə AĞIR QƏZA – Qardaşlar həyatını itirdi

Ukrayna Rusiyanın ən böyük neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

Ukrayna Rusiyanın ən böyük neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

Bu avtomobillər ƏDV, aksiz və gömrük rüsumundan AZAD EDİLDİ

Bu avtomobillər ƏDV, aksiz və gömrük rüsumundan AZAD EDİLDİ

Xəzər rayonunda qeyri-adi oğurluq hadisəsi - VİDEO

Xəzər rayonunda qeyri-adi oğurluq hadisəsi - VİDEO

Trampdan SENSASİON BƏYANAT: “İranda rejim dəyişib” – VİDEO

Trampdan SENSASİON BƏYANAT: “İranda rejim dəyişib” – VİDEO

Hava KƏSKİN DƏYİŞİR – Bu tarixədək yağış yağacaq

Hava KƏSKİN DƏYİŞİR – Bu tarixədək yağış yağacaq

Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? – RƏSMİ AÇIQLAMA

Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? – RƏSMİ AÇIQLAMA

Tramp: “İran nüvə silahından imtina edib” – VİDEO

Tramp: “İran nüvə silahından imtina edib” – VİDEO

“Beşiktaş” və “Qalatasaray”ın sabiq prezidentləri də SAXLANILDI

“Beşiktaş” və “Qalatasaray”ın sabiq prezidentləri də SAXLANILDI

Haradan haraya: İndi bütün dünya bu uşağı tanıyır

Haradan haraya: İndi bütün dünya bu uşağı tanıyır

ABŞ-ın İranla bağlı sülh planı ÜZƏ ÇIXDI – 15 maddəlik sənədin DETALLARI

ABŞ-ın İranla bağlı sülh planı ÜZƏ ÇIXDI – 15 maddəlik sənədin DETALLARI

Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 10 %-ə yaxın azalıb

Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 10 %-ə yaxın azalıb

Bu kəndə köçənlərə 54 min manat verilir

Bu kəndə köçənlərə 54 min manat verilir

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Mark Zuckerberg süni intellektl agenti yaradır

Mark Zuckerberg süni intellektl agenti yaradır

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

End of content

No more pages to load

RADİO