Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı minik maşını idarəetmədən çıxıb.
Nəticədə "VAZ-2107" yol kənarında dayanan iki "Mercedes"ə, "VAZ-21011" və "Chevrolet"ə çırpılıb.
Qəza zamanı "VAZ-2107"nin sürücüsü xəsarət alıb.
Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. (Apa.az)
Bizim.Media