Rüşvətlə rəy verməkdə təqsirləndirilən ekspertin məhkəməsində ittiham ELAN OLUNDU

Rüşvət müqabilində rəy verməkdə təqsirləndirilən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin İqtisad Ekspertizalar şöbəsinin sabiq aparıcı eksperti Rüfət Sultanov və digərilərinin cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatət verərək məhkəmənin qapalı keçirilməsini xahiş ediblər.

Buna əsas kimi mətbuatda yayımlanan materialların təqsirləndirilənlərin psixologiyasına pis təsir etməsi göstərilib.

Məhkəmə vəsatəti əsassız hesab edərək təmin etməyib. Prosesin davamında prokuror ittiham aktını elan edib.
 

Hər üç təqsirləndirilən elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Növbəti proses yanvarın 7-nə təyin edilib.


Qeyd edək ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin İqtisad Ekspertizalar şöbəsinin sabiq aparıcı eksperti Rüfət Sultanovun qanunsuz əməllərinə dair həmin qurumdan daxil olmuş material üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi ilə əlaqədar istintaq aparılıb.

İbtidai istintaqla Rüfət Sultanovun qeyd olunan vəzifədə işlədiyi dövrdə Cavad Nərimanov və Elvin Ramazanovla cinayət əlaqəsinə girərək daxili işlər orqanlarında istintaqı aparılan cinayət işi üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası qərarının vətəndaş Akif Məlikovun lehinə icra edilərək müvafiq rəyin verilməsi müqabilində ondan 25 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək 20 min manat məbləğində olan hissəsini almalarına, bundan başqa, Elvin Ramazanov və Cavad Nərimanovun əlavə olaraq Akif Məlikovun 40 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rüfət Sultanova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Elvin Ramazanov və Cavad Nərimanova həmin Məcəllənin 178.2.1, 178.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almağa kömək etmə) maddələri ilə ittiham elan edilməklə barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Karantin qapıda: Yeni virus yayıldı

Karantin qapıda: Yeni virus yayıldı

Əhaliyə XƏBƏRDARLIQ – Bu ərazilərdən uzaq durun!

Əhaliyə XƏBƏRDARLIQ – Bu ərazilərdən uzaq durun!

Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi

Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi

Xatəm əl-Ənbiya: “ABŞ məğlubiyyətini razılaşma kimi təqdim etməyə çalışır” – VİDEO

Xatəm əl-Ənbiya: “ABŞ məğlubiyyətini razılaşma kimi təqdim etməyə çalışır” – VİDEO

Tərtərdə AĞIR QƏZA – Qardaşlar həyatını itirdi

Tərtərdə AĞIR QƏZA – Qardaşlar həyatını itirdi

Ukrayna Rusiyanın ən böyük neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

Ukrayna Rusiyanın ən böyük neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

Bu avtomobillər ƏDV, aksiz və gömrük rüsumundan AZAD EDİLDİ

Bu avtomobillər ƏDV, aksiz və gömrük rüsumundan AZAD EDİLDİ

Xəzər rayonunda qeyri-adi oğurluq hadisəsi - VİDEO

Xəzər rayonunda qeyri-adi oğurluq hadisəsi - VİDEO

Trampdan SENSASİON BƏYANAT: “İranda rejim dəyişib” – VİDEO

Trampdan SENSASİON BƏYANAT: “İranda rejim dəyişib” – VİDEO

Hava KƏSKİN DƏYİŞİR – Bu tarixədək yağış yağacaq

Hava KƏSKİN DƏYİŞİR – Bu tarixədək yağış yağacaq

Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? – RƏSMİ AÇIQLAMA

Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? – RƏSMİ AÇIQLAMA

Tramp: “İran nüvə silahından imtina edib” – VİDEO

Tramp: “İran nüvə silahından imtina edib” – VİDEO

“Beşiktaş” və “Qalatasaray”ın sabiq prezidentləri də SAXLANILDI

“Beşiktaş” və “Qalatasaray”ın sabiq prezidentləri də SAXLANILDI

Haradan haraya: İndi bütün dünya bu uşağı tanıyır

Haradan haraya: İndi bütün dünya bu uşağı tanıyır

ABŞ-ın İranla bağlı sülh planı ÜZƏ ÇIXDI – 15 maddəlik sənədin DETALLARI

ABŞ-ın İranla bağlı sülh planı ÜZƏ ÇIXDI – 15 maddəlik sənədin DETALLARI

Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 10 %-ə yaxın azalıb

Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 10 %-ə yaxın azalıb

Bu kəndə köçənlərə 54 min manat verilir

Bu kəndə köçənlərə 54 min manat verilir

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Mark Zuckerberg süni intellektl agenti yaradır

Mark Zuckerberg süni intellektl agenti yaradır

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

End of content

No more pages to load

RADİO