Bakıda kafenin qarşısında dəhşətli QƏTL – DETALLAR

2023-cü il dekabrın 27-də Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi olur. Daxil olan məlumat əsasında hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə yollanır. Məlum olur ki, cinayət Mirzə Uluqbəy küçəsi, 125 ünvanında baş verib. Bıçaqlanan şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həmin xəstəxanaya yollanan polis əməkdaşlarına 1990-cı il təvəllüdlü Etibar Əliyevin öldüyü deyilib. Orada cinayəti törədən 1975-ci il təvəllüdlü Elşən Nəbiyev saxlanılıb. Onun tanışı Vüsalə Həsənov könüllü şəkildə polis əməkdaşlarına hadisə yerindən götürdüyü bıçağı təqdim edib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bizim.Media xəbər verir ki, Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 

İstintaqla müəyyən edilib ki, dekabrın 27-i gecə saat 2 radələrində icarə əsasında işlətdiyi kafedə Elşən Nəbiyev tanışı Vüsalə Həsənova ilə yeyib-içərkən, başqa masada əyləşən Etibar Əliyev onlara yaxınlaşarıb. Etibar əvvəllər aralarında olmuş narazılığı Elşənə xatırladıb.


Sonra o, Elşənə ağır söyüşlər işlətdiyi üçün aralarında mübahisə yaranıb. Onlar kafedən çıxaraq, yaxınlıqda yerləşən avtomobil yuma məntəqələrinin qarşısına gəliblər. Burada Elşən Nəbiyev yumruq və təpik zərbələri ilə Etibarı döyərək, üzərindəki məişət təyinatlı bıçaqla qarın nahiyəsinə 1 dəfə zərbə endirib. Etibar Əliyev aldığı xəsarətlərdən ölüb.

İş üzrə dindirilmiş Elşən Nəbiyev bildirib ki, Etibar Əliyevlə 10 il əvvəl tanış olub, yaşadığı Habil Mirzəyev küçəsində qonşu olublar:

"2 il əvvəl Nərimanov rayonu ərazisində fəaliyyəti dayanmış avtoyuma məntəqəsini icarəyə götürüb işlətmək fikrinə düşmüşdüm. Həmin məntəqəni əvvəllər Etibar işlədirdi. Belə ki, obyektin sahibi ilə qonşumun arasında icarə haqqı ilə əlaqədar problemlər yaranmışdı.

Görüşəndə, oranın sahibi bildirib ki, Etibar həqiqətən obyekti təhvil verib və mən istədiyim vaxt məntəqəni icarəyə götürə bilərəm. Etibarla qonşu kimi tanışlığım, həmçinin avtomobilimi daim yuduzdurduğunu nəzərə alıb ondan obyektə dair halallıq almaq istəyirdim. Məhəllədə rastlaşıb bu barədə söhbət etdikdə, Etibar sözlərimə mənfi reaksiya verdi və obyekti yenidən icarəyə götürmək niyyətində olduğunu söylədi.

Mənə kəskin şəkildə halallıq verməyəcəyini bildirdi. Etibarın bu cür reaksiyasını görüb məntəqəni götürmək niyyətindən daşındım.
 

Konflikt yaranmasını istəmədim. Bundan sonra aramızda hər hansı mübahisə olmayıb. Bir müddətdən sonra obyektin kənar şəxs tərəfindən işlədildiyini gördüm. 2023-cü ilin sentyabr ayından Etibar müştəri kimi tez-tez mənim işlətdiyim "Mystery" kafeyə gəlib-gedirdi. Rastlaşdığımız vaxtlarda normal qaydada qonşu kimi salamlaşırdıq. Demək olar ki, son 4-5 gün ərzində Etibar hər axşam tək gəlib yeyib-içirdi. Ara-sıra hesabı tam bağlayırdı, borclu qalanda, məhəllə sakini olduğu üçün etiraz bildirmirdim".


Dekabrın 27-i gecə saat 1 radələrində kafenin qarşısında dayanıb, siqaret çəkərkən Etibar gəlib Elşənlə salamlaşıb və içəri daxil olub.

Bundan bir neçə dəqiqə sonra yaxınlıqda fəaliyyət göstərən "Dvorik" kafesində ofisiant işləyən 1987-ci il təvəllüdlü Vüsalə Həsənova obyektə gəldi:

"Vüsalə tanışlarına özünü "Milana" və ya "Mila" kimi təqdim edirdi. Mən də içəri keçib Milana ilə birlikdə əyləşdim. Qadınla yarım litrlik arağı içəndən sonra bir qədər sərxoş oldum. Buna görə də Vüsaləyə artıq gec olduğunu və getməyimizi söylədim. Yerimdən qalxıb pivə içən Etibara yaxınlaşdım və artıq obyekti bağlamaq istədiyimi dedim. Tanışım isə heç bir səbəb olmadan moykanı Çermet uşaqlarından kimsə götürsə, onun arvadını, qızını... deyə nalayiq ifadə işlətdi.

Etibarın bu cür ifadə işlətməsindən təəccübləndim, çünki aramızdakı avtoyuma məntəqəsinin söhbəti çoxdan bağlanmışdı. Etibarı yola vermək üçün əlindən gələni etdim, o isə məndən savayı, yanımdakı qadını da söydü. Bundan sonra deyinə-deyinə masadan qalxıb çölə çıxdı.

Xatırladığım qədər Etibar hesabı ödəmədi.

Sonra Əlizamin adlı ofisianta kafeni bağlamasını tapşırdım, Mila isə özünə taksi sifariş etdi.

Kafenin qarşısına çıxanda gördüm ki, Etibar küçədə dayanıb məni gözləyir. Çıxıb getməsini, sonra başqa yerdə söhbət etməyi təklif edəndə, Etibar avtoyuma məntəqəsinə tərəf getməyimi təklif etdi. Həmin vaxt Vüsalə mənə səbrli olub Etibarı yola verməyimi dedi və taksiyə əyləşərək, çıxıb getdi. Etibarın ağır söyüşlər işlətdiyini görüb onu yaxasından tutub silkələdim və çıxıb sakitcə getməsini tələb etdim.

Süpürləşərkən hər iki əlimlə onun bıçaq olan sağ əlini tutub burdum. Belə olan vəziyyətdə bıçağın Etibarın qarın nahiyəsinə batmasını hiss etdim. Bu an Etibar dayanaraq, artıq müqavimət göstərmədi, sanki əlləri boşaldı. Bıçağı Etibarın əlindən alıb, binanın blokuna tərəf atdım. Etibar məndən aralanaraq, arxaya getdi və paltarını qaldırıb qarnına baxdı.
 

Bir neçə addım atdıqdan sonra, üzü üstə yerə yıxıldı. Yaxınlaşıb gödəkçəmi çıxarıb onun başının altına qoydum. Etibarı ayıltmağa çalışdım. Vüsaləyə, həmçinin qonşum Kənan Zeynalova zəng edib tez yanıma gəlmələrini xahiş etdim. Köməkləşib, taksi ilə yaralını Kliniki Tibbi Mərkəzə apardıq".


Xəstəxanaya çatdırılarkən həkimlər müayinə edib Etibarda beyin reflekslərinin olmadığını və artıq öldüyünü söylədilər. Elşən Nəbiyev təxminən gecə saat 3-də xəstəxanaya gələn polis əməkdaşlarına səmimi olaraq hadisənin necə baş verdiyini danışıb.

Şahid Sahib Nəsirov ifadəsində göstərib ki, onu hadisə yerinə Kənan Zeynalov çağırıb:

"Uluqbəy küçəsinə çatanda, Etibarın yerə yıxılıb hərəkətsiz vəziyyətdə qaldığını gördüm. Etibarı Elşən və Kənanla birlikdə qaldırıb maşına yerləşdirdik. Vüsalə Həsənova mənə sonradan dedi ki, hadisə yerindən götürdüyü bıçağı avtomobilimə qoyub. Başım yaralıya qarışdığı üçün bu haqda məlumatım olmadı".

Məhkəmə iclasında Elşən Nəbiyev elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadə verməkdən imtina edib və ümumiyyətlə Etibar Əliyevi öldürmədiyini bildirib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Yusif Əliyev ifadəsində göstərib ki, dekabrın 27-i səhər saat 5 radələrində ona oğlu Etibarın Kliniki Tibbi Mərkəzdə öldüyünü xəbər veriblər. Hadisə barədə ətraflı məlumatl yoxdur. O, məhkəmədən təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.
 

Məhkəmə hesab edib ki, Elşən Nəbiyevin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam subuta yetirilib. Nəbiyevə, həmin maddənin sanksiyası həddində, qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Nəbiyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Karantin qapıda: Yeni virus yayıldı

Karantin qapıda: Yeni virus yayıldı

Əhaliyə XƏBƏRDARLIQ – Bu ərazilərdən uzaq durun!

Əhaliyə XƏBƏRDARLIQ – Bu ərazilərdən uzaq durun!

Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi

Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi

Xatəm əl-Ənbiya: “ABŞ məğlubiyyətini razılaşma kimi təqdim etməyə çalışır” – VİDEO

Xatəm əl-Ənbiya: “ABŞ məğlubiyyətini razılaşma kimi təqdim etməyə çalışır” – VİDEO

Tərtərdə AĞIR QƏZA – Qardaşlar həyatını itirdi

Tərtərdə AĞIR QƏZA – Qardaşlar həyatını itirdi

Ukrayna Rusiyanın ən böyük neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

Ukrayna Rusiyanın ən böyük neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

Bu avtomobillər ƏDV, aksiz və gömrük rüsumundan AZAD EDİLDİ

Bu avtomobillər ƏDV, aksiz və gömrük rüsumundan AZAD EDİLDİ

Xəzər rayonunda qeyri-adi oğurluq hadisəsi - VİDEO

Xəzər rayonunda qeyri-adi oğurluq hadisəsi - VİDEO

Trampdan SENSASİON BƏYANAT: “İranda rejim dəyişib” – VİDEO

Trampdan SENSASİON BƏYANAT: “İranda rejim dəyişib” – VİDEO

Hava KƏSKİN DƏYİŞİR – Bu tarixədək yağış yağacaq

Hava KƏSKİN DƏYİŞİR – Bu tarixədək yağış yağacaq

Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? – RƏSMİ AÇIQLAMA

Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? – RƏSMİ AÇIQLAMA

Tramp: “İran nüvə silahından imtina edib” – VİDEO

Tramp: “İran nüvə silahından imtina edib” – VİDEO

“Beşiktaş” və “Qalatasaray”ın sabiq prezidentləri də SAXLANILDI

“Beşiktaş” və “Qalatasaray”ın sabiq prezidentləri də SAXLANILDI

Haradan haraya: İndi bütün dünya bu uşağı tanıyır

Haradan haraya: İndi bütün dünya bu uşağı tanıyır

ABŞ-ın İranla bağlı sülh planı ÜZƏ ÇIXDI – 15 maddəlik sənədin DETALLARI

ABŞ-ın İranla bağlı sülh planı ÜZƏ ÇIXDI – 15 maddəlik sənədin DETALLARI

Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 10 %-ə yaxın azalıb

Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci 10 %-ə yaxın azalıb

Bu kəndə köçənlərə 54 min manat verilir

Bu kəndə köçənlərə 54 min manat verilir

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Mark Zuckerberg süni intellektl agenti yaradır

Mark Zuckerberg süni intellektl agenti yaradır

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

End of content

No more pages to load

RADİO