Gəncədə kütləvi qida zəhərlənməsi halı qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə şəhəri, M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin 7 nəfər 5-ci sinif şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onlara dərhal tibbi yardım göstərilib, müalicələri davam etdirilir.
İlkin versiyaya görə şagirdlərin dönər yedikdən sonra halları pisləşib. 5-ci sinif şagirdlərinin dönəri haradan aldığı hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu