Qusarda yol qəzası 4 nəfəri xəstəxanalıq edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Hil kəndi ərazisində Vaz-2107 markalı avtomaşınla Zil markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Qusar rayon mərkəzi xəstəxanasına çatdırılan yaralıların vəziyyətinin qənaətbəxş olduğu deyilir.
Faktla bağlı araşdırma başlanılıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu