Tiktoker "Bəniz" məhkəmədə prokurorun suallarını CAVABLANDIRDI

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən tanınmış tiktoker Aybəniz Xəlilovanın ("Bəniz") cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, prosesə hakim Fəxri Məmmədov sədrlik edib.

İclasda təqsirləndirilən tiktoker prokuror Tural Yaqubovun cinayət işindəki hədə-qorxu ilə tələb etmə ilə bağlı bir neçə epizod üzrə verdiyi sualları cavablandırıb.

"Bəniz" cinayət işində zərərçəkən kimi tanınan Xalid Kərimovu şantaj edərək ondan külli miqdarda vəsait alması məsələsinə gəlincə, vurğulayıb ki, bu hal heç vaxt baş verməyib:

"Hər həftəsonu rayonlarda, daha sonra Türkiyə və Dubayda olmuşuq. Arada qısqanclıq zəminində anlaşılmazlıq olsa da, tez barışmışıq. Biz ailə olmuşuq, mən niyə onu şantaj edim?
 

Mən özümü kifayət qədər təmin edən qadınam, kimsənin puluna ehtiyacım olmayıb, belə olduğu halda mən necə pulla kimisə şantaj edə bilərəm? Kartıma, təbii ki, pullar atıb, o da məişət qayğıları üçün idi. Ancaq bunu külli miqdar adlandırmaq gülüncdür.


Münasibətlərimiz 2024-ün 19 oktyabrından gərginləşib; səbəbi evimi məndən xəbərsiz banka girov qoyması və bu səbəbdən bankın evimi satışa çıxarması idi. Bundan sonra ayrıldım ondan. Ayrılmaq qərarımdan sonra sosial şəbəkələrdə şərəf və ləyaqətimi təhqir etməyə başladı. Dözə bilmədim və ondan 35-ci bölməyə şikayət etdim. Bizim yerlərimiz səhv düşüb burada, əslində, mənim yerimdə indi o olmalı idi".

Dövlət ittihamçısı və təqsirləndirilən şəxsin müdafiəçisi zərərçəkmiş şəxsin yenidən dindirilməsini məhkəmədən istəyiblər. Həmçinin vəkil təqsirləndirilən A.Xəlilovanın həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin etməyib. Növbəti proses yanvarın 13-nə təyin edilib.
 

Xatırladaq ki, X.Kərimov adlı şəxs A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.


Tiktoker barəsində cinayət işi başlanıb. A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu futbolçu “Qarabağ”dan gedəcək

Bu futbolçu “Qarabağ”dan gedəcək

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

Əslində İranı onlar idarə edir - ADLAR

Əslində İranı onlar idarə edir - ADLAR

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində partladı – BARMAĞINI İTİRDİ

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində partladı – BARMAĞINI İTİRDİ

Mayonezin əvəzinə bu souslardan istifadə EDƏ BİLƏRSİNİZ

Mayonezin əvəzinə bu souslardan istifadə EDƏ BİLƏRSİNİZ

Qəzaya düşən Əflatun Amaşovun SON DURUMU

Qəzaya düşən Əflatun Amaşovun SON DURUMU

İran Silahlı Qüvvələrindən Fars körfəzi ilə bağlı BƏYANAT

İran Silahlı Qüvvələrindən Fars körfəzi ilə bağlı BƏYANAT

Bakıya intensiv yağış yağacaq – BU TARİXLƏRDƏ

Bakıya intensiv yağış yağacaq – BU TARİXLƏRDƏ

Safura Bakıdakı villasını nümayiş etdirdi – FOTO/VİDEO

Safura Bakıdakı villasını nümayiş etdirdi – FOTO/VİDEO

Bu qoxu yaddaşı 15% artırır

Bu qoxu yaddaşı 15% artırır

Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar?

Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar?

SON DƏQİQƏ! Avropaya ballistik raket hücumu xəbərdarlığı – FOTO

SON DƏQİQƏ! Avropaya ballistik raket hücumu xəbərdarlığı – FOTO

ABŞ-İran danışıqlarına hansı ölkə vasitəçilik edəcək? – Rəsmi Tehrandan AÇIQLAMA

ABŞ-İran danışıqlarına hansı ölkə vasitəçilik edəcək? – Rəsmi Tehrandan AÇIQLAMA

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

"ChatGPT"yə dini sual vermək haramdır?

"ChatGPT"yə dini sual vermək haramdır?

End of content

No more pages to load

RADİO