Leyla Əliyeva Qadınların Yaradıcı Forumunda - FOTO

Bakıda Heydər Əliyev Fondunun tərəfdaşlığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşkilatçılığı ilə davam edən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə-2025” çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib.

Bizim.Media xəbər verir ki, forum Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının Qadınların İnkişafı Təşkilatı (WDO), Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) və Yaradıcı Azərbaycan platformasının birgə təşkilatçılığı ilə baş tutub.
 

Forumda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, “KADEM” Vəqfi Qəyyumlar Şurasının sədri Sümeyye Erdoğan Bayraktar, WDO-nun baş direktoru Afnan Al-Shuaibi, eləcə də Qazaxıstan, Bəhreyn və Özbəkistandan olan qadın innovatorlar və sahibkarlar iştirak ediblər.


Açılış nitqi ilə çıxış edən WDO-nun baş direktoru Afnan Al-Shuaibi forum təşkilatçılarına təşəkkürünü bildirib.

Qadınların bilikəsaslı cəmiyyətin formalaşmasında mühüm rol oynadığına diqqət çəkib:

“Bu, inkişafın və tərəqqinin göstəricisidir. Bizim əsas missiyamız qadınlara öz potensiallarını kəşf etməyə və reallaşdırmağa imkan yaratmaqdır. Qadınlar həm sahibkar, həm də mədəni innovator kimi cəmiyyətin inkişafına böyük töhfə verirlər. Biz qadınların irəliləməsi, öz işlərini tanıtması və yaradıcı layihələrini həyata keçirməsi üçün bütün imkanlarımızı səfərbər etməyə hazırıq”.

“KADEM” Vəqfi Qəyyumlar Şurasının sədri Sümeyye Erdoğan Bayraktar qeyd edib ki, qadın yaradıcı sahələrə sonradan qatılan bir iştirakçı deyil, əslən bu sahənin köküdür, mahiyyətidir. “Qadının yaratdığı dəyərlər nəsildən-nəslə ötürülür. Azərbaycanın xalçaçılıq sənəti bunun ən gözəl nümunələrindəndir. Eyni şəkildə İznik və Kütahya çiniləri və digər sənət məktəbləri də qadının yaradıcı ruhu, sənətkarlıq bacarığı və estetik zövqü ilə formalaşıb. Türk motivləri və onların sənətdə təcəssümü qadının tarix boyu bu sahələrdəki rolunu açıq şəkildə göstərir”, - deyə Sümeyye Erdoğan Bayraktar əlavə edib.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva isə forumun qadınların yaradıcılıq sahəsindəki imkanlarını və gələcək perspektivlərini müzakirə etmək üçün ideal platforma olduğunu deyib:

“Bu istiqamətdə Azərbaycanda göstərilən dövlət dəstəyi olduqca əhəmiyyətlidir və təqdir olunmalıdır. Forumun əsas məqsədi mövcud boşluqları müəyyənləşdirmək, həmçinin İƏT ölkələri arasında bu sahədə əməkdaşlığı daha da gücləndirməkdir”.

Forumun açılışından sonra Mövlanə Cəlaləddin Ruminin “Zaman dairəsindən çıx – Sevgi dairəsinə daxil ol” kəlamı üzərində qurulan konseptual vizual kompozisiya nümayiş etdirilib. Layihənin illüstrativ hissəsi rəssam Leyla Əliyevanın əsərləri əsasında təqdim edilib. Vizual konsepsiyanın müəllifi Əməkdar artist Səbinə Şıxlinskaya, musiqi tərtibatçısı isə Orxan Ağayevdir (DJ Pancho).
 

Qeyd edək ki, Qadınların Yaradıcı Forumu çərçivəsində “Yaradıcı sənayelərdə qadınlar üçün beynəlxalq ticarət imkanlarının genişləndirilməsi”, “İnnovasiya, texnologiya və investisiyanın qadınların gücləndirilməsində rolu” və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.


Spikerlər qadınların rəhbərlik etdiyi yaradıcı bizneslərin dəstəklənməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və innovasiyaların mədəni və iqtisadi transformasiyanı sürətləndirməkdəki rolu barədə danışıblar. Vurğulanıb ki, Qadınların Yaradıcı Forumu qadın liderliyinin yaradıcı iqtisadiyyatda inkişafı, innovasiya və dayanıqlılığın təşviqi, eləcə də beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi istiqamətində ortaq öhdəliyi bir daha təsdiqləyir.


































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu futbolçu “Qarabağ”dan gedəcək

Bu futbolçu “Qarabağ”dan gedəcək

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

Əslində İranı onlar idarə edir - ADLAR

Əslində İranı onlar idarə edir - ADLAR

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində partladı – BARMAĞINI İTİRDİ

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində partladı – BARMAĞINI İTİRDİ

Mayonezin əvəzinə bu souslardan istifadə EDƏ BİLƏRSİNİZ

Mayonezin əvəzinə bu souslardan istifadə EDƏ BİLƏRSİNİZ

Qəzaya düşən Əflatun Amaşovun SON DURUMU

Qəzaya düşən Əflatun Amaşovun SON DURUMU

İran Silahlı Qüvvələrindən Fars körfəzi ilə bağlı BƏYANAT

İran Silahlı Qüvvələrindən Fars körfəzi ilə bağlı BƏYANAT

Bakıya intensiv yağış yağacaq – BU TARİXLƏRDƏ

Bakıya intensiv yağış yağacaq – BU TARİXLƏRDƏ

Safura Bakıdakı villasını nümayiş etdirdi – FOTO/VİDEO

Safura Bakıdakı villasını nümayiş etdirdi – FOTO/VİDEO

Bu qoxu yaddaşı 15% artırır

Bu qoxu yaddaşı 15% artırır

Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar?

Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar?

SON DƏQİQƏ! Avropaya ballistik raket hücumu xəbərdarlığı – FOTO

SON DƏQİQƏ! Avropaya ballistik raket hücumu xəbərdarlığı – FOTO

ABŞ-İran danışıqlarına hansı ölkə vasitəçilik edəcək? – Rəsmi Tehrandan AÇIQLAMA

ABŞ-İran danışıqlarına hansı ölkə vasitəçilik edəcək? – Rəsmi Tehrandan AÇIQLAMA

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

"ChatGPT"yə dini sual vermək haramdır?

"ChatGPT"yə dini sual vermək haramdır?

End of content

No more pages to load

RADİO