Bankların rahat gəlir MƏNBƏYİ – Bunun hesabına milyonlar qazanırlar

Son illər banklar göstərdikləri xidmətə görə komissiya haqlarını artırıblar. Nəticədə bankların təkcə komissiya haqlarından gəlirləri xeyli artıb. Məsələn, 2025-ci ilin noyabrın 1-nə Azərbaycan bankların qeyri-faiz gəlirləri 1 milyard 539 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 13% artımdır.

Cari ilin oktyabr ayının sonuna bankların hesabların aparılması üzrə xidmətlərdən əldə etdikləri komisyon gəlirləri 359.3 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 331.9 milyon manat olub. Belə ki, illik müqayisədə bankların komisyon gəlirləri 8.3% artıb.

Rahat gəlir yeri olan komissiya haqqı bankları bu sahədə yeni faizlər tətbiq etməyə sövq edir.

Təbii ki, bu da haqlı narazılıq yaradır.

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bankların komissiya haqlarından əldə etdikləri gəlirlərin kəskin artmasının əsas səbəbi faiz gəlirlərinin əvvəlki kimi sürətlə artmamasıdır:

“Kredit faizlərindən gəlir stabil qaldığı üçün banklar daha risksiz və davamlı gəlir mənbəyi kimi komissiyalara üstünlük verirlər. Digər tərəfdən, kart ödənişləri, onlayn köçürmələr və ümumi tranzaksiya həcmi artdıqca bankların göstərdiyi xidmətlərin sayı çoxalır və bu xidmətlərin əksəriyyəti komissiya əsasında işlədiyi üçün banklar bu sahəyə daha çox yönəlirlər.

Bankların əməliyyat xərclərinin - texnologiya, təhlükəsizlik, personal və infrastruktur  xərclərinin yüksəlməsi də komissiyaların artırılmasına səbəb olur. Rəqəmsal bankçılığın genişlənməsi ilə yeni xidmətlər və funksiyalar yarandıqca onlara tətbiq olunan komissiyalar da çoxalır.

Bütün bunlara əlavə olaraq, iqtisadi qeyri-müəyyənlik və risklərin artması bankları dolayı gəlir mənbəyi kimi komissiyalara daha çox üstünlük verməyə sövq edir. Nəticə etibarilə komissiyalar banklar üçün risksiz, sabit və davamlı gəlir mənbəyi olduğundan banklar bu gəliri artırmaq üçün komissiya haqlarını artırmağa meylli olurlar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

"ChatGPT"yə dini sual vermək haramdır?

"ChatGPT"yə dini sual vermək haramdır?

20 yaşlı futbolçu öldürüldü

20 yaşlı futbolçu öldürüldü

İlham Əliyevdən Yunanıstan Prezidentinə MƏKTUB

İlham Əliyevdən Yunanıstan Prezidentinə MƏKTUB

Makrondan Pezeşkiana ÇAĞIRIŞ

Makrondan Pezeşkiana ÇAĞIRIŞ

Son model avtomobil sürənlərə XƏBƏRDARLIQ – VİDEO

Son model avtomobil sürənlərə XƏBƏRDARLIQ – VİDEO

Məşhur futbolçu ilə bağlı şok sözlər: Mənə 4,5 milyon dollar XƏRCLƏDİ – FOTOLAR

Məşhur futbolçu ilə bağlı şok sözlər: Mənə 4,5 milyon dollar XƏRCLƏDİ – FOTOLAR

Zərdabda avtomobil kanala AŞDI – Ölən və yaralananlar var – VİDEO

Zərdabda avtomobil kanala AŞDI – Ölən və yaralananlar var – VİDEO

Borclu şəxs qismində axtarışda idilər – SAXLANILDILAR

Borclu şəxs qismində axtarışda idilər – SAXLANILDILAR

KİV: “Tramp onları iki dəfə aldadıb, yenidən aldanmaq istəmirlər”

KİV: “Tramp onları iki dəfə aldadıb, yenidən aldanmaq istəmirlər”

Bu 13 ölkədə rahat nəfəs almaq olar – SİYAHI

Bu 13 ölkədə rahat nəfəs almaq olar – SİYAHI

Verilişini bağladığı üçün peşman oldu

Verilişini bağladığı üçün peşman oldu

İran Trampın nümayəndələri ilə danışıqlardan İMTİNA ETDİ – “Onlar xəyanətkardır"

İran Trampın nümayəndələri ilə danışıqlardan İMTİNA ETDİ – “Onlar xəyanətkardır"

Dünyanın ən zəngin qızıl yatağı tapıldı - Dəyəri 83 milyard dollara çatır

Dünyanın ən zəngin qızıl yatağı tapıldı - Dəyəri 83 milyard dollara çatır

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Karantin qapıda: Yeni virus yayıldı

Karantin qapıda: Yeni virus yayıldı

Əhaliyə XƏBƏRDARLIQ – Bu ərazilərdən uzaq durun!

Əhaliyə XƏBƏRDARLIQ – Bu ərazilərdən uzaq durun!

Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi

Gündə neçə addım gəzmək lazımdır? - Elmi cavab gəldi

Xatəm əl-Ənbiya: “ABŞ məğlubiyyətini razılaşma kimi təqdim etməyə çalışır” – VİDEO

Xatəm əl-Ənbiya: “ABŞ məğlubiyyətini razılaşma kimi təqdim etməyə çalışır” – VİDEO

Tərtərdə AĞIR QƏZA – Qardaşlar həyatını itirdi

Tərtərdə AĞIR QƏZA – Qardaşlar həyatını itirdi

Ukrayna Rusiyanın ən böyük neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

Ukrayna Rusiyanın ən böyük neft terminalına ZƏRBƏ ENDİRDİ – VİDEO

End of content

No more pages to load

RADİO