Xankəndidə Vüqar Həşimov Memorialının açılış mərasimi keçirildi – FOTO

Xankəndidə mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 11-ci Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, Konqres Mərkəzində təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Memorialın tarixi və coğrafiyası ilə bağlı videoçarx nümayiş etdirilib.

Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov öz çıxışında Vüqar Həşimovun ölkə şahmatı tarixindəki rolundan bəhs edib.

O bildirib ki, Memorial təkcə anım tədbiri deyil, həm də mərhum qrosmeysterin xatirəsinə dərin hörmət əlamətidir. S. Qəhrəmanov Xankəndinin işğaldan azad olunduqdan sonra bir çox yerli və beynəlxalq yarışa yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov 10-cu Vüqar Həşimov Memorialının Şuşada keçirildiyini xatırladıb. O, turnirin təşkilinə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. Vüqar Həşimovun ölkə şahmatına verdiyi töhfələrdən söz açan Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti onun uğurlarının gənc iti zəka sahibləri üçün motivasiya mənbəyi olduğunu deyib. O, dünya şöhrətli şahmatçıların bu turnirə hər zaman həvəslə qatıldığını vurğulayıb. M. Məmmədov yarışın yüksək səviyyədə və ədalətli keçəcəyinə inamını ifadə edib.

Federasiya rəhbəri sonda bu il Azərbaycanda bütün şahmat yarışlarının qalibi olan Rauf Məmmədovu təbrik edib.

Sonra Vüqar Həşimovin atası, Memorialın Təşkilat Komitəsinin sabiq sədri, bu ilin yanvar ayında faciəvi hadisə nəticəsində vəfat edən Qasım Həşimovun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Vüqar Həşimov Memorialının Təşkilat Komitəsinin hazırkı sədri Sərxan Həşimov yarışın bundan sonra da keçiriləcəyinə söz verib. O bildirib ki, turnirin Xankəndidə təşkili tarixi hadisədir. S.Həşimov daha sonra yarışı açıq elan edib.

Memorialın baş hakim Rauf Hacılı isə iştirakçılara və qonaqlara yarışın reqlamenti haqqında məlumat verib. Onun sözlərinə görə, turnir rapid və blits yarışlarından ibarət olacaq. Hər iki yarış iki dövrə üzrə keçiriləcək, qalib ümumi xalların cəminə əsasən müəyyənləşəcək.

Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə 6 şahmatçı rapid və blits yarışlarında mübarizə aparacaq.

Zəka sahiblərindən Yan Nepomnyaşi (FIDE), Amin Tabatabai (İran), Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan), Rauf Məmmədov və Aydın Süleymanlı 2 dövrədə qüvvələrini sınayacaqlar.

Turnirə dekabrın 11-də yekun vurulacaq.

Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə keçirilib. 2023-cü ildən isə turnir FIDE dünya çempionatının seçmə mərhələ statusunu alıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu futbolçu “Qarabağ”dan gedəcək

Bu futbolçu “Qarabağ”dan gedəcək

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

Əslində İranı onlar idarə edir - ADLAR

Əslində İranı onlar idarə edir - ADLAR

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində partladı – BARMAĞINI İTİRDİ

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində partladı – BARMAĞINI İTİRDİ

Mayonezin əvəzinə bu souslardan istifadə EDƏ BİLƏRSİNİZ

Mayonezin əvəzinə bu souslardan istifadə EDƏ BİLƏRSİNİZ

Qəzaya düşən Əflatun Amaşovun SON DURUMU

Qəzaya düşən Əflatun Amaşovun SON DURUMU

İran Silahlı Qüvvələrindən Fars körfəzi ilə bağlı BƏYANAT

İran Silahlı Qüvvələrindən Fars körfəzi ilə bağlı BƏYANAT

Bakıya intensiv yağış yağacaq – BU TARİXLƏRDƏ

Bakıya intensiv yağış yağacaq – BU TARİXLƏRDƏ

Safura Bakıdakı villasını nümayiş etdirdi – FOTO/VİDEO

Safura Bakıdakı villasını nümayiş etdirdi – FOTO/VİDEO

Bu qoxu yaddaşı 15% artırır

Bu qoxu yaddaşı 15% artırır

Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar?

Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar?

SON DƏQİQƏ! Avropaya ballistik raket hücumu xəbərdarlığı – FOTO

SON DƏQİQƏ! Avropaya ballistik raket hücumu xəbərdarlığı – FOTO

ABŞ-İran danışıqlarına hansı ölkə vasitəçilik edəcək? – Rəsmi Tehrandan AÇIQLAMA

ABŞ-İran danışıqlarına hansı ölkə vasitəçilik edəcək? – Rəsmi Tehrandan AÇIQLAMA

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

"ChatGPT"yə dini sual vermək haramdır?

"ChatGPT"yə dini sual vermək haramdır?

End of content

No more pages to load

RADİO