Milli Məclis "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsini qəbul edib.
Bizim.Media xəbər verir ki, qanun layihəsi bu gün Milli Məclisin plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb və qəbul edilib.
Layihəyə əsasən, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat, xərcləri 41,7 milyard manat proqnozlaşdırılır. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3,1 milyard manat olmaqla, ÜDM-in 2,3 faizini təşkil edəcək.
Gələn ilin büdcə gəlirləri 2025-ci ilin proqnozu ilə müqayisədə 253 milyon manat, xərcləri isə 296 milyon manat çoxdur.
Günay Şahmar, Bizim.Media