Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi - FOTO

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 8-də davam etdirilib.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Ardınca zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Zərərçəkmiş Nuran Qasımov ifadəsində Laçında düşmənin ərazilərimizə hücumu nəticəsində ayağından xəsarət aldığını söyləyib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında hadisə zamanı ondan başqa yaralananların olduğunu da deyib.

Zərərçəkmiş Əlimuxtar İbrahimov ifadəsində özündən əvvəl ifadə vermiş N.Qasımovla birlikdə xəsarət aldığını bildirib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında diqqətə çatdırıb ki, həmin vaxt ondan başqa da bir neçə şəxs xəsarət alıb.
 

Zərərçəkmiş Pənah Əliyev ifadəsində Laçında düşmən təxribatı nəticəsində başından xəsarət aldığını deyib. O, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında hadisə zamanı bir neçə şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirib.


Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş Əsgər Bəylərov Laçında düşmən təxribatı nəticəsində qapalı kəllə-beyin travması aldığını söyləyib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Ülvi Rəhimov Laçında düşmənin hücumu nəticəsində qolundan yaralandığını söyləyib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Elvin Səlimov Laçında düşmənin ərazilərimizə hücumu zamanı baş nahiyəsindən və əlindən xəsarətlər aldığını söyləyib.

Zərərçəkmiş Samir Məmmədov da Laçında düşmən təxribatı nəticəsində yaralandığını deyib.

Məhkəmə prosesi digər zərərçəkmiş şəxslərin ifadələrinin elan olunması ilə davam etdirilib.

Belə ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış bir qrup şəxs əvvəlki proseslərdə məhkəməyə müraciət ünvanlayaraq iclaslarda üzrlü səbəbdən iştirak edə bilmədiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini bildirən ərizələr göndəriblər.

Ötən məhkəmə iclaslarında tərəflər həmin ifadələrin məhkəmədə elan olunmasına etiraz etməyiblər.
 

Sənədlərin elan olunması zamanı təqsirləndirilən şəxs Ruben Vardanyan vəsatətlə çıxış edib. O, cinayət işi ilə bağlı bəzi sənədlərlə, o cümlədən sorğularla tanış olmaq istədiyini söyləyib. R.Vardanyanın müdafiəçisi Emil Babışov vəsatətin təmin olunmasını məhkəmədən xahiş edib.


Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək deyib ki, ittiham tərəfi təqsirləndirilən şəxsin müdafiəçisinin və ya onun özünün sözügedən sənədlərlə tanış olmasına etiraz etmir.

Məhkəməyə sədrlik edən Z.Ağayev vəsatətlə bağlı bildirib ki, müdafiə tərəfi bu həftə ərzində həmin sənədlərlə tanış ola bilər və onlara buna dair zəruri şərait yaradılacaq.

Məhkəmənin növbəti iclası dekabrın 9-na təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.




























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkənin baş naziri İSTEFA VERDİ

Bu ölkənin baş naziri İSTEFA VERDİ

Göyçayda güclü yanğın – FOTO

Göyçayda güclü yanğın – FOTO

Azərbaycanda böyrək xəstələrinin sayı niyə artıb? - VİDEO

Azərbaycanda böyrək xəstələrinin sayı niyə artıb? - VİDEO

“Mənə heç bir dərman kömək etmir, halsızam” - Ofeliya Sənani

“Mənə heç bir dərman kömək etmir, halsızam” - Ofeliya Sənani

Prezidentin açılışını etdiyi məktəbdə onlar da təhsil alıbmış – FOTO

Prezidentin açılışını etdiyi məktəbdə onlar da təhsil alıbmış – FOTO

Məktəblər bağlandı, dördgünlük iş həftəsinə keçildi – Hörmüz böhranının ən çox ziyan vurduğu ölkələrin SİYAHISI

Məktəblər bağlandı, dördgünlük iş həftəsinə keçildi – Hörmüz böhranının ən çox ziyan vurduğu ölkələrin SİYAHISI

ABŞ İraqda hərbi hospitala zərbə endirdi – Ölənlər var – VİDEO

ABŞ İraqda hərbi hospitala zərbə endirdi – Ölənlər var – VİDEO

Elməddin Cəfərov: “Ayağımın ölçüsü 41 idi, 43 ölçü ayaqqabı alırdılar ki, bir-iki il geyinim...”

Elməddin Cəfərov: “Ayağımın ölçüsü 41 idi, 43 ölçü ayaqqabı alırdılar ki, bir-iki il geyinim...”

Saxlanılma qərarına Hande Erçeldən İLK REAKSİYA – FOTO

Saxlanılma qərarına Hande Erçeldən İLK REAKSİYA – FOTO

Sürücülərə və piyadalara XƏBƏRDARLIQ

Sürücülərə və piyadalara XƏBƏRDARLIQ

ABŞ-İran danışıqlarına Türkiyə vasitəçilik edir – RƏSMİ

ABŞ-İran danışıqlarına Türkiyə vasitəçilik edir – RƏSMİ

İsrail Hizbullahın qərargahını belə məhv etdi – ANBAAN VİDEO

İsrail Hizbullahın qərargahını belə məhv etdi – ANBAAN VİDEO

Rusiya FSB-nin gəmisi Ukraynanın hücumundan sonra – FOTO

Rusiya FSB-nin gəmisi Ukraynanın hücumundan sonra – FOTO

Üstündən əzib keçirlər, amma içindən xəzinə çıxır – FOTO

Üstündən əzib keçirlər, amma içindən xəzinə çıxır – FOTO

ABŞ-la danışıqlar apardığı iddia olunan Qalibafdan AÇIQLAMA – FOTO

ABŞ-la danışıqlar apardığı iddia olunan Qalibafdan AÇIQLAMA – FOTO

“Sevilya”nın yeni baş məşqçisinin adı AÇIQLANDI

“Sevilya”nın yeni baş məşqçisinin adı AÇIQLANDI

Trampın 15 maddəlik SÜLH PLANI – Yaxın Şərqdə savaş BAŞA ÇATIR?

Trampın 15 maddəlik SÜLH PLANI – Yaxın Şərqdə savaş BAŞA ÇATIR?

Pezeşkiandan Ərdoğana MESAJ – FOTO

Pezeşkiandan Ərdoğana MESAJ – FOTO

İrandan “USS Abraham Lincoln”a raket hücumu – VİDEO

İrandan “USS Abraham Lincoln”a raket hücumu – VİDEO

Evdə suyun təmizliyini belə yoxlamaq olar - 3 sadə test

Evdə suyun təmizliyini belə yoxlamaq olar - 3 sadə test

Görənləri heyrətə gətirən DUA KİTABI – 600 il sonra Türkiyədə tapıldı – VİDEO

Görənləri heyrətə gətirən DUA KİTABI – 600 il sonra Türkiyədə tapıldı – VİDEO

Qış geri qayıdır – QAR YAĞACAQ

Qış geri qayıdır – QAR YAĞACAQ

Yas mərasiminə gedərkən faciəvi şəkildə həyatlarını itirdilər... – Zərdabdakı qəzanın TƏFƏRRÜATI – VİDEO

Yas mərasiminə gedərkən faciəvi şəkildə həyatlarını itirdilər... – Zərdabdakı qəzanın TƏFƏRRÜATI – VİDEO

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verdi

End of content

No more pages to load

RADİO