“Dilin qoruyucusu xalqdır. Xalqın müəyyən bir faizi dil yaradıcılığı prosesindən uzaqlaşdırılırsa, o dil kasıblayır. Elm və təhsil nazirinin burada olmasından istifadə edib, təklif edirəm ki, təhsil hansı dildə olur olsun, birinci üç siniflik təhsil Azərbaycan dilində olsun. Ondan sonra digər fənlər də başqa dildə tədris oluna bilər”.
Bizim.Media xəbər verir ki, bunu deputat Hikmət Babaoğlu parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda çıxışı zamanı deyib.
Deputatın sözlərinə görə, dilimizin üzərində təzyiq yaradan əsas vasitələrdən biri sosial şəbəkələrdir:
“Dil sosial şəbəkələr vasitəsilə simvollaşdırılır, smaylikləşdirilir. Bu da dili məhdudlaşdırır”.
Günay Şahmar, Bizim.Media