Ölkəyə turist kimi gəlmiş Macarıstan Respublikası vətəndaşı Quba rayonunun Xınalıq kəndindən geri qayıdarkən qarlı hava şəraiti səbəbindən idarə etdiyi avtomobillə yolda köməksiz vəziyyətdə qalıb.
Bizim.Media xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları Qımıl kəndi yaxınlığında yolun qarlı olması səbəbindən hərəkəti mümkünsüz olan “Hyundai” markalı avtomobillə qalan turistə operativ lazımi köməklik göstəriliblər.
O, təhlükəsiz şəkildə otelə yerləşdirilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu