Xəzər rayon 120 saylı orta məktəbin hərbi rəhbəri vəzifəsində çalışan polkovnik-leytenant Azər Sadıqov ötən gün qəfil vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə onun çalışdığı məktəb məlumat yayıb.
Azər Sadıqovun qan təzyiqinin yüksəlməsi səbəbindən həyatını itirdiyi bildirilib.
Qeyd edək ki, A.Sadıqov həm də 1-ci Qarabağ müharibəsi veteranı olub.

Bizim.Media