Dövlətə və xalqa xəyanət cavabsız QALA BİLMƏZ

Müstəqillik hər bir xalq üçün varlıq simvoludur. Müstəqillik ideyaları üzərindən qurulan təşkilatlar, partiyalar, cəmiyyət və vəqflər həmin ifadənin yaratdığı məsuliyyəti dərk etməli, onu fəaliyyət prinsiplərinin tərkib hissəsinə çevirməlidir.

Ötən əsrin 80-90-cı illərində azadlıq uğrunda mübarizə şüarı altında yaranan Azərbaycan Xalq Cəbhəsinin adını daşıyan təşkilatın bu gün ortaya qoyduğu dəst-xətt vaxtilə imperiya zülmündən qurtulmaq üçün aparılan milli mücadiləyə ən böyük xəyanətdir. Yarandığı gündən etibarən siyasi hədəflərini ciddi deformasiya edən cəbhə komandasının xəyanət uçurumuna yuvarlanması isə partiyaya uzun illərdən bəri başçılıq edən Əli Kərimlinin yarıtmaz, məkrli fəaliyyəti ilə birbaşa bağlıdır. AXC-də toplaşan siyasətçilərin bir-bir partiyanı tərk etməsi, qaragüruhçu və xəyanətkar düşüncəli şəxslərin isə quruma cəlb edilməsi Əli Kərimlinin dırnaqarası “siyasi uzaqgörənliyi”nin nəticəsidir.

Lakin ən təhlükəli məsələ partiyanın millətə və dövlətə qarşı birləşən qüvvələrin ocağına çevrilməsidir.

Əslində, hər bir partiyanın məqsədi hakimiyyət uğrunda mübarizə aparmaqdır və bu mübarizənin yolu seçkilərdən keçir. Cəmiyyətdəki nüfuzunu ötən illər ərzində sürətlə itirən radikal cəbhəçilər bunun səbəbini içlərində, Kərimli və onun qaragüruhçu komandasının qərarlarında axtarmaqdansa, cəmiyyəti və dövləti hədəf seçdilər. Son zamanlar isə bu fəaliyyət bütün əndazəsini aşaraq milli ləyaqətin tapdalanması, xalqın aşağılanması, xalqın onların populist tələblərinə gözlədikləri reaksiyanı verməməsinin yaratdığı isterika üzərindən qurulur.

AXC təmsilçilərinin terrorçu şəbəkənin üzvləri kimi davranması, ölkə hüdudlarından kənarda dövlət əleyhinə təbliğat aparan trol dəstəsinin verdiyi təhlükəli mesajlar Kərimli dəstəsinin artıq nəinki siyasi resurslarını tükətdiyi, o cümlədən mənəvi deqradasiyaya uğradığı anlamına gəlir. “Milyarderlər İttifaqı”nın ideoloji ruporu rolunda çıxış edən Milli Şura adlı qurumda milli maraqlara deyil, xarici agenturanın tələblərinə xidmət edən Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və digərləri haqqında ortaya çıxan faktlar, onların uzun müddət hakimiyyət strukturlarında kök salmış bəzi şəxslərlə gizli əlaqələri barədə məlumatlar AXC-nin gizli düşmən şəbəkəsi qurduğuna şübhə yeri qoymur.
 

Təbii müşahidələr də göstərir ki, cəbhəçi tör-töküntülər artıq siyasi hakimiyyət uğrunda mübarizənin sivil yollarından uzaqlaşaraq hədəf olaraq iqtidarı deyil, dövləti və xalqı seçiblər. Öz resursları ilə hansısa dəyişikliyə və xalq dəstəyinə ümid bəsləməyən Kərimli və onun kimi Milli Şurada təmsil olunanların xaricdəki anti-Azərbaycan qüvvələrinə “yaşıl işıq” yandırmaları millətə və dövlətə ən böyük xəyanətdir.


30 ildən sonra torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyü və suverenliyimizin bərpasına bu qədər riyakar, nəinki riyakar, ermənidən belə düşmən münasibəti bəsləmək millət adına böyük ləkədir. Əli Kərimlinin və onunla bərabər əsl müxalifətçi adına iddialı siyasi meyitlərin şəxsi sərvəti, bu sərvəti toplayarkən dövlət strukturlarında təmsil olunan bəzi məmurlarla qanunsuz sövdələşmələrə girmələri Azərbaycan Xalq Cəbhəsi epoxasının rüsvayçı sonluğu deməkdir.

Böyük ideyalar ətrafında qurulan bir təşkilatı cılız məqsədlər uğrunda mobilizə edən, öz dövlətinə və xalqına qarşı düşmən mövqeyə keçənlərin yığnağına çevrilən bir quruma rəhbərlik edənlər öz cəzalarını almalıdır.

Belə bir  fəaliyyət forması bağışlanmazdır və kimsə hansısa imtiyaza ümid edə bilməz.

Əgər cəbhə dəstəsi dövlətin bünövrəsini sarsıtmaq, dəyərlərimizi tapdalamaq üçün xarici mərkəzlərlə təmaslar qurursa, bunun haqq qazandıracaq izahı ola bilməz. Bu baxımdan AXC-nin bir siyasi təşkilat kimi ləğvi məsələsi faktiki, zamanın tələbi kimi səslənir. Əli Kərimli, Cəmil Həsənli və digərləri bu təşkilatdan xalqı zəhərləyən çürük fəlsəfələrini yaymaq üçün vasitə kimi faydalana bilməz.

Ötən əsrin 90-cı illərində formalaşan AXC-nin ideallarını şəxsi maraqları naminə çeynəyən şəxslər, Azərbaycanı başqa ölkələr qarşısında təslimçi duruma salmağa çalışanlar, ordumuza, əsgərimizə, zabitimizə, qazimizə nifrət püskürən Kərimli kimilər tarix qarşısında cavab verməlidir. Qazini dövlətə üsyan etməməkdə, vətəndaşı dövlətə itaətsizlik göstərməməkdə suçlayan, polisi, ordunu təhqir edən bir dəstə tam bir terror yuvasıdır və onunla müzakirə masasına oturmağa lüzum belə yoxdur.

Son proseslər bir daha təsdiqləyir ki, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimilər insanların şüuruna təcavüz edərək onları zombiləşdirir, öz çirkin planlarına alət edir və bu günə qədər Kərimli kimilərinə inananların ağrı-acıları üzərindən sərvət toplayıblar. Başqa sözlə desək, AXC-nin dırnaqarası “işıqlı ideyaları”na aldanan vətəndaşları mənəvi istismara məruz qoyaraq milli zəmində qarşıdurma, vətəndaş müharibəsi və ən nəhayət, xarici müdaxilə üçün zəmin yaratmaq üçün zəmin yaratmağa cəhdlər göstəriblər.

Və bu da son...

İndi nə Kərimli, nə Həsənli, nə Hacıbəyli, nə də digər “bəylər” və “xanımlar” düşdükləri duruma görə kimisə günahlandırmamalı, dövlət və xalqa qarşı düşmənçiliyin bədəlinin ağır olduğu həqiqətini qavramalıdırlar. Qavramaq üçün isə onların kifayət qədər vaxtı olacaq. Çünki, cinayət cəzasız qalmır. Nə vaxtsa edilən xəyanət bir gün üzə çıxacaq və dövlət öz sərt üzünü həmin xəyanətkarlara göstərəcək!   


Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

Apreldə 8 gün iş OLMAYACAQ

Apreldə 8 gün iş OLMAYACAQ

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Ən etibarlı alman avtomobilləri - SİYAHI

Ən etibarlı alman avtomobilləri - SİYAHI

End of content

No more pages to load

RADİO