“Oğlum hələ uşaq idi, meyiti yox etməli idik...” - Tanınmış həkimin qızı

Yeniyetmə oğlunun atasını öldürdüyünü istintaqdan gizlədən ana cinayət məsuliyyətinə cəlb edilib.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, 39 yaşlı Mətanət Hüseynova xüsusilə ağır cinayəti bilib gizlətmə ittihamı ilə hakim qarşısına çıxarılıb.

Bu hadisə elə ötən ilin bu ayı baş verib. Mətanət Hüseynova 41 yaşlı əri Röyal Hüseynovun qətlindən sonra 2 günə yaxın şübhəli şəxs kimi saxlanılıb, hadisənin 15 yaşlı oğlu tərəfindən törədildiyi ortaya çıxandan sonra isə sərbəst buraxılıb. Yeniyetmə istintaqın sonunda atasının ölümünə görə 10 il azadlıqdan məhrum edilib.

Mətanət məhkəmədə oğlunun onun yanında törətdiyi tükürpədici cinayət hadisəsinin necə baş verməsindən danışıb.

Bu epizod həddən artıq ağır olduğu üçün yeniyetmə oğlun atasını necə öldürməsi barədə qadının dediklərini tam təqdim edə bilmirik.

Qadının sözlərinə görə, hadisə baş verən vaxta kimi əri və 2 övladı ilə birgə Salyanın Yeni Uluxanlı kəndindəki fermada yaşayıb, çobanlıqla məşğul olublar.

Son illərdə isə əri pis vərdişlərə qurşandığı üçün ona əzab verib: “Röyal sonuncu dəfə qoyunları yaxşı ayıra bilmədiyimə görə məni təpik-yumruqla döyüb yerə yıxdı. Bununla da hirsi soyumayaraq kürəyimə təpik vurdu. Həmin gün anama zəng edib dedim ki, gəlib məni aparın. Amma mənə sahib çıxmadılar. Hətta bir ara fikirləşdim ki, Röyaldan canımı qurtarmaq üçün narkotik istifadə etdiyi barədə polisə məlumat verim. Fikirləşirdim ki, buna görə onu tutarlar, rahatlaşarıq. Oğlum sonuncu dəfə Röyalın məni bərk döydüyünü gördüyü üçün “Ana, narahat olma, səni onun əlindən qurtaracağam” demişdi. Amma dediyini edəcəyi heç ağlıma gəlməzdi…”
 

Mətanət hakimə deyib ki, cinayət baş verən günü də əri onu bərk döyüb. Həmin vaxt artıq səbir edə bilməyən oğlu evdəki ov tüfəngini götürərək atasını güllələyib: “Oğlumun belə bir şey edəcəyini düşünməzdim. Həmin an nə edəcəyimizi bilmədik. Ən birinci digər otaqda yatan azyaşlı qızımın hadisədən xəbər tutmamasına çalışdıq. Onu otaqdan çölə çıxmağa qoymadıq. Bundan sonra nə edəcəyimizi düşündük. Oğlum hələ uşaq idi, qətl törətdiyini deyə bilməzdim. Belə olan halda meyiti yox etməli idik. Ətrafda kameralar olduğu üçün meyiti bir neçə hissəyə ayırıb torbada aparmağı fikirləşdik. Elə belə də etdik. Oğlum əvvəlcə bıçaqla meyitin ayaqlarını kəsdi. Sonra isə balta ilə bir neçə yerə ayırdı. Başını kəsmək istəyəndə isə onu saxladım.

 

Bundan sonra cəsədi “meşok”a yığdıq, atın belinə qoyub aparıb kənddən kənardakı kollektora atdıq. Evə qayıdan kimi isə əvvəlcə tüfəngi odun sobasına atıb böyük hissəsini yandırdım, sonra da DİN-in 102-qaynar xəttinə zəng edib ərimin itkin düşdüyünü dedim. Amma bir neçə gün sonra polisdə bizə qarşı şübhələr yarandı. Əvvəlcə məni saxladılar, iki gün sonra isə oğlum etiraf etdi, onu həbs etdilər. 5 ay əvvəl də oğluma 10 il iş verdilər. Kaş ki bu hadisələr olmazdı. Hər şeyə görə peşmanam”.

Atasını öldürən yeniyetmə də anasının məhkəməsində şahid kimi ifadə verib. O da hər şeyi olduğu kimi danışıb.

Məhkəmə yekunda Mətanət Hüseynovanı ağır cinayətdən xəbərdar olub gizlətməkdə təqsirli bilib.

Qanun deyir ki, bu cinayətdə təqsirli bilinən şəxs 2 ildən 5 ilə qədər azadlıqdan məhrum edilməlidir. Lakin hakim Vəsilə Əliyeva həmcinsini həbslə cəzalandırmağı ədalətli hesab etməyib. Təqsirləndirilən şəxsin hazırda himayəsində iki azyaşlı övladının olması, yeniyetmə oğlunun isə məhkum edilməsi yumşaldıcı hallar hesab edilib. Hakim hökmündə qeyd edib ki, ana həbs edilərsə, o və ailəsi əlavə məhrumiyyətlərə məruz qala bilər. Bu səbəbdən şərti məhkum edilməsi tam ədalətli və humanist olar, həmçinin islah edilməsi üçün kifayət edər. Yekun olaraq Mətanətə 2 illik şərti cəza verilib.

Məlumat üçün bildirək ki, təqsirləndirilən qadın Neftçala Rayon Xəstəxanasının cərrahı, bölgədə tanınmış həkim Fədail Salmanovun qızıdır. Hadisə vaxtı həkim qızını 15 ildir görmədiyini, arxasıyca getmək fikrinin də olmadığını açıqlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Başqasının kartına göndərilən vəsaiti necə geri qaytarmaq olar? - VİDEO

Başqasının kartına göndərilən vəsaiti necə geri qaytarmaq olar? - VİDEO

“Qalatasaray” evdə üç xala sevindi

“Qalatasaray” evdə üç xala sevindi

Yazıçılar üçün bina tikdilər, vətəndaşın hasarı uçdu - VİDEO

Yazıçılar üçün bina tikdilər, vətəndaşın hasarı uçdu - VİDEO

Mingəçevirdə 2 avtomobil toqquşdu - 3 yaralı var

Mingəçevirdə 2 avtomobil toqquşdu - 3 yaralı var

Şuşadan oğurlanan abidələr gizli yolla qaytarılıbmış – Polad Bülbüloğlu AÇIQLADI

Şuşadan oğurlanan abidələr gizli yolla qaytarılıbmış – Polad Bülbüloğlu AÇIQLADI

Çörəkxananın sahibi Putinə “pirojki” göndərdi - VİDEO

Çörəkxananın sahibi Putinə “pirojki” göndərdi - VİDEO

Bütün zamanların ən yaxşı 20 filmi

Bütün zamanların ən yaxşı 20 filmi

Sabah Xətaidə QAZ OLMAYACAQ

Sabah Xətaidə QAZ OLMAYACAQ

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğub öldürdü

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğub öldürdü

Mayamidə Ukrayna üzrə yenə görüş KEÇİRİLİR

Mayamidə Ukrayna üzrə yenə görüş KEÇİRİLİR

Apple gecə foto çəkilişini yaxşılaşdırmağın yolunu tapdı

Apple gecə foto çəkilişini yaxşılaşdırmağın yolunu tapdı

Makronun sarayında minlərlə avroluq qarət - Oğurlayıb hərraca çıxardılar

Makronun sarayında minlərlə avroluq qarət - Oğurlayıb hərraca çıxardılar

ABŞ Venesuela ətrafında qüvvələrini cəmləşdirir - Maduro istefa verəcəkmi?

ABŞ Venesuela ətrafında qüvvələrini cəmləşdirir - Maduro istefa verəcəkmi?

Gecə saatlarında səs-küy salanlara XƏBƏRDARLIQ: Cərimələr tətbiq ediləcək - VİDEO

Gecə saatlarında səs-küy salanlara XƏBƏRDARLIQ: Cərimələr tətbiq ediləcək - VİDEO

Trampın qalmaqallı fotosu silindi

Trampın qalmaqallı fotosu silindi

"Barselona" azlıqda qalan rəqibini məyus etdi - VİDEO

"Barselona" azlıqda qalan rəqibini məyus etdi - VİDEO

Naxçıvanlı atlet Prezident kubokunu qazandı - FOTO

Naxçıvanlı atlet Prezident kubokunu qazandı - FOTO

FIFA-da korrupsiya qalmaqalı: Sabiq baş katibin BAŞI BƏLADA

FIFA-da korrupsiya qalmaqalı: Sabiq baş katibin BAŞI BƏLADA

Bakıdakı sürücülərin nəzərinə!

Bakıdakı sürücülərin nəzərinə!

Azərbaycanı Zəfər zirvəsinə yüksəldən lider - FOTO

Azərbaycanı Zəfər zirvəsinə yüksəldən lider - FOTO

210 milyardlıq sual: Rusiya pulunu geri ala biləcək? - VİDEO

210 milyardlıq sual: Rusiya pulunu geri ala biləcək? - VİDEO

Çexiyanın təşəbbüsü ilə Ukrayna ordusu üçün 4,1 milyard avro vəsait toplanıb

Çexiyanın təşəbbüsü ilə Ukrayna ordusu üçün 4,1 milyard avro vəsait toplanıb

Ukraynada daha bir azərbaycanlı İTKİN DÜŞDÜ

Ukraynada daha bir azərbaycanlı İTKİN DÜŞDÜ

"Harmoniya" sənədli filminin təqdimatı keçirildi

"Harmoniya" sənədli filminin təqdimatı keçirildi

End of content

No more pages to load

RADİO