Təmirli evlər tikdirmək adı ilə dələduzluq etdi – HƏBS

Şəki Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən İsmət Yusiflinin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, İsmət Yusifli yaxın qohumu, Zaqatala rayon sakini D.D. (adı, soyadı şərtidir) ilə qabaqcadan əlbir olaraq, bir qrup şəxs halında vahid tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə bir sıra dələduzluq əməli törədib.

Məlumata görə, o, 2019-cu ilin iyun ayının əvvəllərində Zaqatala şəhərinin “Qaladüzü” adlanan hissəsində yerləşən mərkəzi futbol stadionunun qarşısında zərərçəkmiş İ.İ-ni (adı, soyadı şərtidir) Fövqəladə Hallar Nazirliyinin xətti ilə onun üçün yeni təmirli evlər tikilməsi adı ilə aldadaraq 3500 manat məbləğində pul alıb. Daha sonra İsmət 2020-ci ilin iyun ayında eyni yerdə eyni məqsədlə yenidən 3500 manat əldə edib. Bu yolla təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi ümumilikdə 7000 manat məbləğində ziyana salıb.
 

Hökmdə qeyd olunur ki, təqsirləndirilən şəxs bundan sonra təkrarən eyni niyyətlə digər şəxsi – zərərçəkmiş M.M.-i (adı, soyadı şərtidir) də aldadıb. Belə ki, o, Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş, Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evinin Fövqəladə Hallar Nazirliyi tərəfindən təmir ediləcəyini vəd edib. O, zərərçəkmiş şəxsin 17 iyun 2021-ci il tarixdə Kapital Bankdakı hesaba ” göndərdiyi 5000 manat pulu ələ keçirib.



Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə Zərərçəkmiş şəxs 2-ni də aldadıb. Məlumata görə, zərərçəkmiş şəxsə Zaqatala rayonunun Muxax kəndində zəlzələdən sonra qəzalı vəziyyətə düşmüş evinin Fövqəladə Hallar Nazirliyi tərəfindən yenidən tikiləcəyi vədi verilib. Təqsirləndirilən şəxs bu məqsədlə 2018-ci ilin yayında həmin kənddə yerləşən evdə 3000 manat, bir ay sonra Zaqatala şəhərində “Ağ Saray” şadlıq evinin qarşısında 500 manat, həmçinin 18 noyabr 2023-cü il tarixdə terminal vasitəsilə göndərilən 2000 manat pulu ələ keçirib. Nəticədə, qoca yaşda olan zərərçəkmiş şəxs 2 ümumilikdə 5500 manat məbləğində maddi ziyana məruz qalıb.

Zaqatala Rayon Məhkəməsinin hökmü ilə İsmət Yusifli 2 il 5 ay 26 gün müddətə azadlıqdan məhrum edilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

Apreldə 8 gün iş OLMAYACAQ

Apreldə 8 gün iş OLMAYACAQ

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

End of content

No more pages to load

RADİO