Hansı universitetlərdə müəllimlərin əməkhaqqı artırılacaq? – SORĞU

Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) prrofessor və müəllim heyətinin əmək haqqı 15-20%, tyutorların 33% və laborantların 20% artırılıb.
 

Bununla bağlı ADNSU-nun dekabrın 1-də Elmi Şuranın növbəti iclasında  qərar verilib. Qərara əsasən 2026-cı il yanvarın 1-dən professorlar 2150, dosent 1700, baş müəllim 1500, müəllim isə 1350 manat maaş alacaq.


Qeyd edək ki, ADNSU-da professor-müəllim heyəti üçün əlavə olaraq elmi nəticələrə əsaslanan differensial əmək haqqı sistemi də mövcuddur. 2025-ci ildə 270 nəfər bu imkandan istifadə edib.

Maraqlıdır, belə müsbət addım daha hansı yerli universitetlərimizdə gözlənilir?

Bizim.Media-nın araşdırmasına görə, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) də maaşlar digər dövlət universitetləri ilə müqayisədə nisbətən yüksəkdir. Differensial maaş sistemi burda da tətbiq olunur, yəni yüksək reytinqli müəllimlər əlavə bonuslar alırlar.
 

Universitetin mətbuat xidmətindən verilən məlumata görə, sonuncu dəfə 2024-cü ilin dekabrında maaşlar 14 faiz artırılıb. 2026-cı il üçün hələlik maaş artımı müzakirə mövzusu deyil.


Azərbaycan Texniki Universitetində (AzTU) professor və müəllim heyətinin maaşı bu ilin yanvarında 20 faiz artırılıb. Universitetdən bildirilib ki, AzTU həmişə müəllimlərin rifahını diqqət mərkəzində saxlayır və hər il akademik heyətin maaşlarında artım olur.

Azərbaycan Dillər Universitetindən verilən açıqlamada isə qeyd olundu ki, hazırda müəllimlərin əmək haqqı məsələsi müzakirə olunur:
 

“Hər bir universitetin tələbə sayına uyğun maliyyə potensialı var. Bu amilə müvafiq olaraq, növbəti ildə əməkhaqqı artımı məsələsinə baxılacaq”.


Azərbaycan Dövlət Pedaqoji Universitetindən verilən məlumata görə, vaxtaşırı olaraq universitetdə professor və müəllim heyətinin maaş artımı olur. 2024-cü ildə əmək haqları 10 fazi atıb. Növbəti il üçün isə əmək haqlarının artımı barədə hər hansı məlumat mövcud deyil.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) isə bildirilib ki, professor-müəllim heyətinin əmək haqları axırıncı dəfə ötən ilin oktyabr ayında 20 faiz artırılıb. 2026-cı il üçün artım mövzusu hələ ki gündəmdə deyil.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

Apreldə 8 gün iş OLMAYACAQ

Apreldə 8 gün iş OLMAYACAQ

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

End of content

No more pages to load

RADİO