Dekabrın 2-də paytaxtın Səbail rayonu Ü.Hacıbəyov küçəsi ərazisində yerləşən mağazalardan birində 1995-ci il təvəllüdlü Leyla Quliyevanın qəsdən öldürülməsinə cəhd edilib.
Bizim Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.
Bu faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb və Leyla Quliyevanın əri Faxrəddin Quliyev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Bizim Media