BİZİM TƏQVİM:4 dekabrda baş vermiş tarixi hadisələr

1154-cü ilin 4 dekabrında Papalıq mövqeyinə ilk dəfə bir ingilis seçildi: Nikolas Brikspeə  IV Hadrianus adı ilə Papa oldu.

Bəs, dekabrın 4-də dünyada daha nələr olub?

1. 4 dekabr 1797-ci il fərmanı ilə Rusiya çarı II Yekaterina Bakının işğalı barədə əmr verdi.

Onun təlimatı əsasında Sisyanov Bakı şəhərinin komendantı təyin olundu. Lakin çariçanın ölümündən sonra oğlu I Pavel bu fərmanı ləğv etdi. 

2. 4 dekabr 1858-ci ildə ingilislər Hindistan Türk İmperatorluğunun hökmdarı II Babur şahı taxtından endirərək Mahmud Qəznəvidən başlayan, Hindistanda 9 əsrdir sürən türk hakimiyyətinə son qoydu. Babur şahı Birmaniyaya sürgünə göndərildi.

3. Osmanlı dövləti üçün məmur hazırlamaq üçün Sultan Əbdülməcid tərəfindən 1856-cı ilin 4 dekabrında “Məktəbi-Mülkiyə” açıldı.

4. 4 dekabr 1918-ci ildə Amerika Birləşmiş Ştatlarının prezidenti Vidro Ulison  Birinci Dünya Müharibəsinin sülh danışıqları üçün Fransaya getdi. Bununla V.Uilson Avropaya gedən ilk ABŞ prezidenti olaraq tarixə düşdü.  

5. 1922-ci ilin bu günündə Misirdə firon Tutanxamonun məzarı ictimaiyyətə açıq elan edilib.

İngilis arxeoloqları tərəfindən kəşf olunub. Onun mumiyalanmış cəsədi bu günədək ciddi zədə almadan qalıb və Misirdə Fironlar vadisi Luksorda şüşə sərdabədə saxlanılır. Fironun məzarı aşkar edilərkən oradan 1 ton 200 kiloqram qızıl tapılıb. Tutanxamonun üz maskası və ona məxsus digər qiymətli əşyalar Qahirədəki Misirşünaslıq muzeyində sərgilənir.

6. 1943-cü ilin 4 dekabrında ABŞ prezidenti Franklin Ruzvelt  və İngiltərənin baş naziri Vinston Çörçil Türkiyənin Almaniyaya qarşı müharibəyə girməsi üçün Qahirədə Türkiyənin baş naziri İsmət İnönü ilə bir araya gəldilər.

Üç gün davam edən müzakirələrdən sonra İ.İnönü ABŞ və İngiltərənin Türkiyənin müharibəyə girmə tələblərinə razı olmadığını bildirdi. Amma Türkiyə döyüşün bitməsinə çox az qalmış Almaniya və Yaponiyaya müharibə elan etdi və Birləşmiş Millətlər Təşkilatının qurucu üzvləri arasına qatıldı.

7. 1946-cı ildə Moskva Avtomobil Zavodunda ilk “Moskviç-400” avtomobili yığıldı.

Bu maşınların ilk kütləvi istehsalına isə 1947-ci ildə başlanıldır. Ən yüksək sürəti saatda 90 kilometr olan bu 4 yerlik avtomobil əslində Almaniyanın “Opel-Cadet” maşınının dəqiq təkrarı idi. 

8. 1954-cü ilin bu günü Turizmdən Yazan Jurnalist və Yazıçıların Beynəlxalq Federasiyasının əsası qoyulub.

4 dekabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1. Bu gün Şərq İntibahının görkəmli nümayəndəsi, şair, alim və filosof Ömər Xəyyamın xatirə günüdür. Riyaziyyat və fəlsəfəyə dair sanballı əsərlərin müəllifi olan Ömər Xəyyama əsl dünya şöhrətini rübailəri qazandırıb. (1048-1131)

2. Rus çar ordusunun general-leytenantı Fərəc bəy Ağayevin anadan olduğu gündür.

O Həsən bəy Zərdabinin atası Səlim bəyin dayısıdır. O həm də Şamaxı ali ibtidai məktəbini əla qiymətlərlə bitirən Zərdabinin Tiflisdə təhsilini davam etdirməsində onun əvəzedilməz rolu olub.(1814- 26.11. 1891).

3. İran şairi Əbülqasım Lahuti 1887-ci il 4 dekabrda dünyaya gəlib.  

1905-1911-ci illər İran inqilabının iştirakçısı olan Lahuti 1916-cı ildə Kirmanşahda “Bisotun” qəzetini, 1921-ci ildə İstanbulda fars və fransız dillərində “Pars” jurnalını buraxıb.

Əbülqasım Lahuti 1922-ci ildə Təbriz üsyanına başçılıq edib. Üsyan yatırıldıqdan sonra SSRİ-yə gələrək ömrünün sonunadək burada yaşayıb. Moskvada SSRİ Xalqlarının Mərkəzi Nəşriyyatında işləyib, Tacikistan maarif nazirinin müavini olub(1887-1957)

4. 4 dekabr 1896 – Rus şairi, yazıçı Nikolay Semyonoviç Tixonov (1896-1979) anadan olub.

Azərbaycan şairlərinin əsərlərini rus dilinə tərcümə edib.

5. 1931-ci ilin bu günüdə tanınmış neftçi, qazma ustası, Sosialist Əməyi Qəhrəmanı İsrafil Hüseynovun doğum günüdür (1931-1986). “Azərbaycanın neft ustası”, “SSRİ-nin fəxri neftçisi” fəxri adlarına layiq görülən İsrafil Hüseynovun adı Xəzərdə yeni neft rayonunun mənimsənilməsi ilə bağlıdır.

6. 4 dekabr 1979-cu ildə Xalq artisti Sona Hacıyeva (25.6.1907 – 1979) vəfat edib.

Akademik Dram Teatrının aktrisası olub. “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Səhər” filmlərində çəkilib.

7. 4 dekabr 2011-ci ildə dünya futbolunun əfsanə adlarından olan, Braziliya milli komandasının oyunçusu Sokrates (Socrates) 57 yaşında həyatdan köçüb. (1954-2011)

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

Apreldə 8 gün iş OLMAYACAQ

Apreldə 8 gün iş OLMAYACAQ

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

End of content

No more pages to load

RADİO