Konfidensial hesab edilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab ediləcək.
Bizim.Media xəbər verir ki, bu məsələ Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən konfidensial hesab edilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar siyahısına daxil edilir.
Günay Şahmar, Bizim.Media