Xəbər verdiyimiz kimi, ölkə ərazisində bəzi yerlərdə yağıntılar müşahidə olunur. Bu baxımdan İsmayıllıya ilk qar yağıb.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.
Yeri gəlmişkən, Kəlbəcər, Laçın, Şahdağ, Daşkəsən, Gədəbəy, Xınalıq (Quba), Qrız (Quba), Laza (Qusar) bölgələrində də qar yağır.
Yağan qarın hündürlüyü Şahdağda 3 sm, Quba rayonunun Qrız kəndində və Qusar rayonunun Laza kəndində isə 2 sm təşkil edir.
Bizim.Media