Xaçmazda mopeddən yıxılan kişi doqquz gün sonra ölüb.
Bizim.Media xəbər verir ki, hadisə noyabrın 24-ü Xaçmaz rayonunun Maqsudkənd kəndində baş verib.
Kənd sakini, 48 yaşlı Həsrət Aşurov idarə etdiyi "Minsk" markalı mopeddən yıxılaraq xəsarət alıb. Rayon mərkəzi xəstəxanasına yerləşdirilən H.Aşurov ötən gün orada vəfat edib.
Faktla bağlı Xaçmaz polis şöbəsində araşdırma başlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu