Cari ilin yanvar-oktyabr aylarında paytaxtın pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 31 milyard 31,3 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən Bizim.Media-ya bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 0,6 faiz artaraq 17 milyard 208,4 milyon manata, qeyri-ərzaq malları isə 10,1 faiz artaraq 13 milyard 822,9 milyon manat olub.
Əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6,2 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 3,9 faiz artıb.
İstehlak məhsullarının 36,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 51,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,6 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.
Bizim.Media