Bu müəllimlər CƏZALANDIRILDI– Direktorun rüşvət qalmaqalı BÖYÜYÜR

Şərur rayonunun Muğancıq-Mehrab kənd tam orta məktəbində dərsləri boykot edəcəkləri ilə bağlı paylaşım edən müəllimlər barəsində tədbir görülüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Naxçıvan Təhsil Nazirliyi yayıb.

Mənbə qeyd edir ki, sözügedən müəllimlər məktəbin direktoru Sinduz Cəfərovanın yenidən vəzifəyə qaytarılmasına etiraz ediblər.

Məlumatda vurğulanıb ki, "Təhsilverənlərin etik davranış qaydaları"nı pozaraq tədris müddətində təhsilalanların hüquqlarını məhdudlaşdırmaqla çəkiliş aparılmasına, o cümlədən məktəb və müəllim nüfuzuna xələl gətirən hərəkətlərinə görə çəkilişi təşkil edən pedaqoji heyət barəsində intizam tənbehi tədbirləri görülüb.
 

"Şərur rayonu Muğancıq-Mehrab kənd tam orta məktəbində 2023-2024-cü tədris ili üçün məktəb idarəçiliyi sahəsinin yoxlanılması məqsədilə Şərur Rayon Təhsil Şöbəsi tərəfindən monitorinq komissiyası yaradılaraq yoxlama aparılıb. Nəticədə Təhsil Şöbəsinin təqdimatı əsasında yol verdiyi ciddi nöqsanlara görə məktəbin direktoru Sinduz Cəfərova 15 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilib.


Qeyd olunan qərarla razılaşmayan Sinduz Cəfərova Naxçıvan Şəhər Məhkəməsinə müraciət edib. Məhkəmə tərəfindən müvafiq əmrin ləğvi, eləcə də Sinduz Cəfərovanın Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpası barədə qətnamə qəbul edilib. Məhkəmənin qətnaməsinə əsasən 24 noyabr 2025-ci il tarixində Sinduz Cəfərova Muğancıq-Mehrab kənd tam orta məktəbinə direktor vəzifəsinə bərpa edilib.

Sinduz Cəfərovanın məktəbə direktor vəzifəsinə bərpa olunmasına etiraz olaraq məktəbin bir qrup müəllimi məktəbdə tədris prosesi zamanı etiraz videosu çəkib. Həmin video bəzi internet kanallarında və sosial şəbəkələrdə paylaşılıb.

Baş vermiş bu neqativ hadisə Təhsil Nazirliyi tərəfindən araşdırılıb.
 

"Təhsilverənlərin etik davranış qaydaları"nı pozaraq tədris müddətində təhsilalanların hüquqlarını məhdudlaşdırmaqla çəkiliş aparılmasına, o cümlədən məktəb və müəllim nüfuzuna xələl gətirən hərəkətlərinə görə çəkilişi təşkil edən pedaqoji heyət barəsində intizam tənbehi tədbirləri görülüb.


Əlavə olaraq bildiririk ki, Təhsil Nazirliyi tərəfindən Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbində tədrisin təşkili, idarəetmənin qanunvericiliyə uyğun aparılması, əmək intizamı və s. kimi məsələlər xüsusi diqqətdə saxlanılır. Hazırda məktəbdə tədris prosesi təhsil müəssisəsinin Nizamnaməsinə, həmçinin müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil edilir", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən ay sözügedən məktəbdə vəzifəsindən azad olunan direktor Sinduz Cəfərovanın yenidən vəzifəyə qayıtmasına etiraz olaraq müəllimlər dekabrın 1-də dərsləri kütləvi şəkildə baykot edəcəklərinə dair paylaşımlar etmişdilər. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"iPhone" işlədənlərə pis xəbər

"iPhone" işlədənlərə pis xəbər

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

End of content

No more pages to load

RADİO