Bərdədə suda boğulan qızını xilas edən kişi boğulub ölüb.
Bizim.Media xəbər verir ki, hadisə Bərdə rayonu Nazirli kəndində yerləşən su kanalında baş verib.
1981-ci il təvəllüdlü Sərəncam Kərimova ehtiyatsızlıqdan kanala yıxılaraq boğulma təhlükəsi ilə üzləşib. Hadisə yerinə gələn 1957-ci il təvəllüdlü Yasin Əvəz oğlu Kərimov qızını sudan çıxarmaq üçün kanala girib.
Qadını xilas edən Y.Kərimov özü boğulub ölüb.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır. (Oxu.az)
Bizim.Media