Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində minik avtomobili yanması ilə bağlı rəsmi məlumat verilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti yayıb.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisinidə, Binə-Sədərək yolunda avtomobil yanması barədə məlumat daxil olub.
"Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğın yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində "Dongfeng Aeolus E 70" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Avtomobildə sürücünün yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub", - deyə qurumdan bildirilib. (Oxu.az)
Bizim.Media