Dayısı arvadını qətlə yetirən, dayısı və ailə üzvlərini öldürmək istəyən şəxslə bağlı QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Rəşad Abbasovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 21 noyabr 2024-cü il tarixdə, saat 21:00 radələrində Gəncə şəhərində qeydə alınıb.


Belə ki, Rəşad Abbasov rəsmi qaydada boşandıqdan sonra aralarında olan ailədaxili münaqişələrin və ailəsinin dağılmasının səbəbini yaxın qohumlarının onlara hiss etdirdiyi ayrı-seçkiliyin təsiri nəticəsində olması qənaətinə gəlib. O, zərərçəkmişlər - anası, dayısı, dayısı arvadı, qardaşı və qardaşının arvadının ailəsinin dağılmasında, yaranmış problemin həllinə laqeyd yanaşmaqda, xüsusilə də həyat yoldaşı ilə münasibətlərinin bərpası istiqamətində hər hansı dəstək və vasitəçilik göstərməməkdə günahlandırıb. Rəşad formalaşmış daxili qəzəb və narazılıq hissi fonunda şəxsi münasibətlər zəminində qisas almaq məqsədi ilə onları qəsdən öldürmək, yəni qəsdən həyatdan məhrum etmək qərarına gəlib, cinayətkar niyyətinə uyğun olaraq qəsdən adam öldürməyə hazırlıq işləri görüb.


Təqsirləndirilən şəxs evdə saxladığı turist bıçağını götürüb birgə yaşadığı anası, qardaşı və qardaşı arvadını qəsdən öldürmək niyyəti ilə yataq otağına daxil olub. Lakin həmin vaxt onlar evdə olmayıblar. Sonra Rəşad dayısı Elyar Hüseynov və dayısı arvadı Ulduz Hüseynovanı qəsdən öldürmək niyyəti ilə həmin gün saat 21:00 radələrində yaşadıqları ünvana gedərək evin mətbəx otağına daxil olub. O, orada hər iki şəxsi bıçaqlayıb. Ulduz Hüseynova müalicə aldığı xəstəxanada ölüb.


Bununla da Rəşad Abbasov xüsusi amansızlıqla qadını qəsdən həyatdan məhrum etməklə öldürüb, iki şəxsi qəsdən öldürməyə cəhd edib, iki şəxsdən daha çox şəxsi, yəni üç nəfər şəxsi qəsdən öldürməyə hazırlıq edib.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs cəzasının ilk 3 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcək. (Pravda.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Quba və Qusara qar yağır – VİDEO

Quba və Qusara qar yağır – VİDEO

Xalq artisti: “Rusiyamız Odessanın çimərliklərinə çatmalıdır” – VİDEO

Xalq artisti: “Rusiyamız Odessanın çimərliklərinə çatmalıdır” – VİDEO

Avropa İttifaqında KORRUPSİYA QALMAQALI – Ardıcıl həbslər başladı

Avropa İttifaqında KORRUPSİYA QALMAQALI – Ardıcıl həbslər başladı

Azərbaycan orbitə "Zəfər" peyki buraxdı

Azərbaycan orbitə "Zəfər" peyki buraxdı

Dekabrda şanslı olacaq 6 BÜRC

Dekabrda şanslı olacaq 6 BÜRC

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Rubio: “Ukrayna danışıqlarında əsas mübahisəli məqam Donetskin 20%-idir”

Rubio: “Ukrayna danışıqlarında əsas mübahisəli məqam Donetskin 20%-idir”

Naxçıvanda dələduz TUTULDU - FOTO

Naxçıvanda dələduz TUTULDU - FOTO

Bakının bu ərazisində işıq olmayacaq

Bakının bu ərazisində işıq olmayacaq

İndi də “qoyunçiçəyi virusu” YAYILIR – Azərbaycana gəlmə ehtimalı varmı? – RƏSMİ AÇIQLAMA

İndi də “qoyunçiçəyi virusu” YAYILIR – Azərbaycana gəlmə ehtimalı varmı? – RƏSMİ AÇIQLAMA

Almaniya Prezidenti Britaniyaya gedir - Son 27 ildə ilk dəfə

Almaniya Prezidenti Britaniyaya gedir - Son 27 ildə ilk dəfə

Dünyanın ən qısqanc ölkələri açıqlandı: Azərbaycan TOP-10-da

Dünyanın ən qısqanc ölkələri açıqlandı: Azərbaycan TOP-10-da

Yeni nazir kollektivə təqdim olundu - FOTOLAR

Yeni nazir kollektivə təqdim olundu - FOTOLAR

TƏCİLİ: Azərbaycanda dizel bahalaşacaq, benzin isə...

TƏCİLİ: Azərbaycanda dizel bahalaşacaq, benzin isə...

Bakıda avtomobil sürücüsü ilə birgə yandı

Bakıda avtomobil sürücüsü ilə birgə yandı

Ailəsini qətlə yetirən Əhmədin yeni görüntüləri və ifadəsi - VİDEO

Ailəsini qətlə yetirən Əhmədin yeni görüntüləri və ifadəsi - VİDEO

Xolesterini azaldan meyvə - Kilosu 1 manat 50 qəpikdir

Xolesterini azaldan meyvə - Kilosu 1 manat 50 qəpikdir

Ev almaq üçün ən optimal variant açıqlandı - VİDEO

Ev almaq üçün ən optimal variant açıqlandı - VİDEO

Dünyanı gözləyən DƏHŞƏTLİ SINAQ – Beş regionda su müharibələri BAŞLAYA BİLƏR – SİYAHI

Dünyanı gözləyən DƏHŞƏTLİ SINAQ – Beş regionda su müharibələri BAŞLAYA BİLƏR – SİYAHI

Dayısı arvadını qətlə yetirən, dayısı və ailə üzvlərini öldürmək istəyən şəxslə bağlı QƏRAR

Dayısı arvadını qətlə yetirən, dayısı və ailə üzvlərini öldürmək istəyən şəxslə bağlı QƏRAR

“Barselona” “Atletiko Madrid”i məğlub etdi – VİDEO

“Barselona” “Atletiko Madrid”i məğlub etdi – VİDEO

Kremldə 5 saatlıq danışıqlar nəticəsiz qaldı - VİDEO

Kremldə 5 saatlıq danışıqlar nəticəsiz qaldı - VİDEO

BİZİM TƏQVİM: 3 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 3 dekabrda baş vermiş tarixi hadisələr

“Arsenal” zədə problemlərinə görə Maynoya YÖNƏLDİ

“Arsenal” zədə problemlərinə görə Maynoya YÖNƏLDİ

End of content

No more pages to load

RADİO