Düzgün qidalanma xolesterin səviyyəsini normada saxlamağa və ürək xəstəlikləri riskini azaltmağa kömək edir.
Bizim.Media xəbər verir ki, bu barədə “lenta.ru”ya “SM-Klinika” tibb mərkəzləri şəbəkəsinin kardioloqu Anastasya Fomıçeva bildirib.
O, ürək-damar sistemi üçün ən faydalı pəhrizin orta dəniz pəhrizi olduğunu qeyd edib.
Mütəxəssisin sözlərinə görə, bu pəhrizin əsasını balıq, dəniz məhsulları, liflə zəngin tərəvəz və meyvələr təşkil edir.
Eyni zamanda, bu qidalanma sistemi çərçivəsində fast food və qırmızı ət məhdudlaşdırılır. Ürək sağlamlığı üçün kardioloq həmçinin duz və sadə karbohidratların istehlakını azaltmağı tövsiyə edib.
Fomıçeva əlavə edib ki, ürək-damar sistemi sağlamlığını qorumaq üçün yalnız qidalanmanı dəyişmək kifayət deyil. O, siqaretdən imtina etməyi, stressi idarə etməyi öyrənməyi və həftədə ən azı beş dəfə 30–60 dəqiqəlik fiziki fəaliyyətlə məşğul olmağı tövsiyə edib.
Bizim.Media