Dadı dillərdə, adı siyahılarda olmayan Azərbaycan kababı – Dünya niyə bu yeməyimizi “görmür”?

Azərbaycan kababı turistlərin ölkəmizdə ən çox sevdiyi və Azərbaycan mətbəxinin əsas simvollarından biri olsa da, onun beynəlxalq platformalarda – xüsusilə də TasteAtlas kimi qlobal reytinqlərdə görünməməsi təəssüfedicidir.

Məsələn, Türkiyənin “yastı dönər” kimi də tanınan Ərzurum Çağ kababı TasteAtlas-ın "Dünyanın 100 ən yaxşı yeməyi" siyahısında 9-cu yerdə qərarlaşıb.

Maraqlıdır ki, bütün xarici turistlərin bəyəndiyi halda Azərbaycan kababı niyə sərhəddi aşa bilmir?

Qida mütəxəssisi Teymur Həsənov Bizim.Media-ya bildirib ki, bu, əslində kababın dadı və keyfiyyəti ilə bağlı deyil, daha çox tanıtım çatışmazlığı və beynəlxalq auditoriyada aşağı reytinqlə əlaqədardır.

“Azərbaycana turist axını olsa da, hər halda Türkiyə kimi böyük ölkə ilə müqayisədə çox azdır. Üstəlik Türkiyənin ayrı-ayrı turistik şəhərlərinin özəl turizm sektoru da müxtəlif tanıtım reklamları edirlər, bunların içərisində çoxçeşidli yeməkləri ilə dünyanın hər yerindən qonaqlar cəlb olunur.

Biz hələ yeni başlamışıq. Ölkəyə gələnlər mətbəximizi yüksək qiymətləndirir, amma bu da məhdud çərçivədə. Buna görə Azərbaycan kababı yerli səviyyədə yüksək nüfuza malik olsa da, beynəlxalq səviyyədə lazımi dərəcədə önə çıxa bilmir”.

Qeyd edək ki, tanınmış qastronomik mənbə olan TasteAtlas 2024-cü ilin ən yaxşı 100 un məmulatı içərisinə Azərbaycandan qutabını əlavə eləsə də, o da yenə Anadolu mətbəxindən olan “gözləmə”nin bir növü kimi təqdim olunub. 

Ümumilikdə götürəndə  “TasteAtlas”ın  2023-cü ildəki  “Ən yaxşı 100 mətbəx” reytinqində Azərbaycan 77-ci yerdə göstərilib. Siyahı hazırlanarkən Azərbaycandan 34 yemək növü əsas götürülüb. Bunların içində şahplov, qutab, piti, buğlama, “Üç bacı dolması”, manqal salatı, dovğa və s. yer alıb.

Qeyd edək ki, İtaliya illərdir dünya mətbəxində 1-ciliyini qoruyur.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"iPhone" işlədənlərə pis xəbər

"iPhone" işlədənlərə pis xəbər

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

End of content

No more pages to load

RADİO