Masada sülh planı, cəbhədə QANLI DÖYÜŞLƏR – Rusiya daha dəhşətli HÜCUMA HAZIRLAŞIR

Rusiya Ukraynaya qarşı müharibədə özünün nəzarət zonasını genişləndirmək qərarına gəlib.

Belə ki, Rusiya Prezidenti Vladimir Putinin hərbçilərlə görüşdə Ukrayna sərhədində bufer zonası yaradılmasının vacibliyindən danışıb. Bildirilir ki, o Ukrayna sərhədi boyunca, "Sever" qrupunun məsuliyyət zonasında təhlükəsizlik zonası yaratmaq əmrini verib.

Bu, isə Kremlin Xarkov, Sumı və Çerniqov vilayətlərindəki sərhəd əraziləri bufer zonaya çevirmək niyyətindən xəbər verir.

Mövcud durumda isə Rusiya hələlik yalnız Sumı vilayətinin kiçik bir hissəsinə nəzarət edir. Bu da onu deməyə əsas verir ki, Rusiya ordusu şimal istiqamətindən növbəti hücum əməliyyatlarına başlaya bilər.

Belə olan halda, Ukrayna sözügedən üç vilayəti də itirə bilərmi?

Mövzu ilə bağlı Bizim. Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, Qərbin Ukraynaya dəstəyi dayansa, Rusiyanın Xarkov, Sumı və Çerniqov vilayətlərində bufer zona yaratmaq istəyi də gerçəkləşəcək:
 

“Rusiya çalışır ki, Ukrayna ilə sərhəddə bufer zonası yaradılsın. Putin artıq 4 ilə yaxındır ki, Ukrayna ilə müharibə aparır. İlk əvvəl Kreml Ukraynanı üç günə məğlub edəcəyini düşünürdü. Amma bu günə yüzminlərlə itki versə də, Ukraynanı tam ram edə bilməyib. Rusiya həm də təcrid vəziyyətinə düşüb. Bununla belə, indi də Moskva çalışır ki, Xarkov, Sumı və Çerniqov vilayətlərini də tutmaqla sərhəddə bufer zonası yaratsın”.


Həmsöhbətimizə görə, prosesin necə cərəyan edəcəyi Ukrayna ordusu və onun müttəfiqlərinin tutacağı mövqedən asılıdır:

“Qərb xəyanət etsə, Ukraynaya yardımı kəssə, Kiyev təklikdə bacara bilməyəcək və belədə Xarkov, Sumı, Çerniqovu da itirəcək. Çünki Ukraynanın müqavimət gücü tükənmək üzrədir. Ukrayna əhalisi də artıq müharibədən yorulub”.

Qərb təslimçi mövqedədir.

Qərbin səmərəli, təsirli yardımları olsa, bu halda Rusiyanın “bufer zona” yaratmaq istəyi də çətin olacaq. Hələliksə, görünən odur ki, Qərb tələsərək, təslimçi mövqe tutur”.

Rüfət Sultan, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"iPhone" işlədənlərə pis xəbər

"iPhone" işlədənlərə pis xəbər

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

End of content

No more pages to load

RADİO