Azərbaycanın bəzi yerlərində dekabrın 2-si saat 16:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti davam edir.
Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Belə ki, Şahbuz, Göygöl, Şəmkir, Gəncə, Qax, Quba, Qusar, Şabranda arabir yağış. Kəlbəcər, Laçın, Daşkəsən, Şahdağ və Gədəbəyin yüksək dağlıq ərazilərində isə qar yağır.
Naxçıvan, Şərur, Culfa, Sədərək, Quba, Qusar, Yevlax, Sabirabad, Hacıqabulda duman müşahidə olunur.
Dumanda görünüş 500 metrədək məhdudlaşır.
Bizim.Media