Gəncədə 43 yaşlı qadının xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən, Samux rayon sakini, 1982-ci il təvəllüdlü Zülfiyyə Kərimovanı vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılıb. Ona ilikn tibbi yardım göstərilib, vəziyyəti orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu