Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 120 illiyi qeyd olunub – FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) yaradılmasının 120 illiyinə həsr olunmuş “Həmkarlarla 120 il” tədbiri keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov həmkarlar ittifaqlarının tarixi, keçdiyi inkişaf yolu və ölkəmizin ictimai həyatındakı rolu barədə danışıb.

Konfederasiya sədri dövlətimizin mədəniyyət, elm, təhsil və idman sahələrinə göstərdiyi diqqət və qayğını diqqətə çatdırıb və bu siyasətin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb.

Tədbirdə digər sahələrlə yanaşı, humanitar, sosial və mədəni sahələrin inkişafında xüsusi xidmətləri olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mədəniyyət sahəsində həyata keçirilən layihələrin əhəmiyyəti qeyd olunub.

Həmçinin Konfederasiya tərəfindən əmək hüquqlarının müdafiəsi, layiqli əmək şəraitinin təmin olunması, üzvlərin sağlamlığının qorunması, istirahətinin təşkili və rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov həmkarlar ittifaqlarının fəaliyyətini yüksək qiymətləndirərək mədəniyyət, idman və media sahəsində çalışan vətəndaşların əmək hüquqlarının qorunmasında təşkilatın rolunu qeyd edib.

Milli Məclisin sədr müavini Rafael Hüseynov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və Xalq yazıçısı Çingiz Abdullayev ölkəmizin mədəni inkişafında bu sahədə çalışan şəxslərin əməyini qeyd edib, həmkarlar ittifaqlarının mədəniyyət sahəsində gördüyü işləri diqqətə çatdırıblar.

Tədbirdə Qazaxıstan və Özbəkistan həmkar ittifaqlarının nümayəndələri də çıxış edərək ölkələrimiz arasında mədəni əlaqələrdən danışıb, əmək münasibətlərinin tənzimlənməsində həmkarlar ittifaqlarının rolunu qeyd ediblər.

Yubiley çərçivəsində AHİK və MİHİ tərəfindən həyata keçirilən layihələr və yeniliklər barədə videotəqdimatlar nümayiş olunub, bədii hissədə isə mədəniyyət və incəsənət nümayəndələrinin çıxışları təqdim edilib.

Tədbirin davamında əmək münasibətlərində sosial dialoqun inkişafına həsr olunmuş iki panel müzakirəsi keçirilib. “İşçi ilə əməkdaşlıq” və “İşəgötürənlə əməkdaşlıq” mövzularında təşkil olunan panellərdə dövlət qurumlarının nümayəndələri, həmkarlar ittifaqları təmsilçiləri və özəl sektor rəhbərləri əmək bazarının aktual məsələlərini, sosial tərəfdaşlıq imkanlarını və işçi rifahının artırılması yollarını müzakirə ediblər.

“Həmkarlarla 120 il” yubiley tədbiri MİHİ-nin ölkə mədəniyyətinin inkişafında, işçi hüquqlarının müdafiəsində və həmkar həmrəyliyinin gücləndirilməsində oynadığı mühüm rolun bir daha təsdiqi kimi qiymətləndirilib.

Qeyd edək ki, MİHİ mədəniyyət, incəsənət, media və idman sahəsində çalışan əməkdaşların sosial-iqtisadi hüquqlarının müdafiəsi istiqamətində 120 illik fəaliyyətə malikdir. 1905-ci ildə “Çapçılar İttifaqı” adı ilə fəaliyyətə başlayan təşkilat ölkənin mədəni həyatında yaradıcı insanların əmək hüquqlarının müdafiəsində mühüm rol oynayıb.























Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

"iPhone" işlədənlərə pis xəbər

"iPhone" işlədənlərə pis xəbər

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

End of content

No more pages to load

RADİO