“Kürdəmir rayonunun əhalisinin təsərrüfat fəaliyyətində yol infrastrukturu ən vacib məsələdir. Son illər Kürdəmir rayonunun bir çox kəndlərinə yeni yollar çəkilib. Lakin bəzi kəndlər - Kətlə, Ucaq və digər yaşayış məntəqələrindəki yolsuzluq problemi kənd əhalisinin təsərrüfat fəaliyyətinə ciddi ziyan vurur, istehsal edilmiş məhsulların mövcud bazarlara çıxışına imkan vermir. Bu baxımdan gələn ilin dövlət büdcəsində adı çəkilən yaşayış məntəqələrinə yolların çəkilməsinin nəzərdə tutulmasını xahiş edirəm”.
Bizim.Media xəbər verir ki, bunu deputat Əminə Ağazadə parlamentin bugünkü plenar iclasında deputat “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat, həmçinin, Kürdəmir rayon Uşaq İncəsənət məktəbi üçün yeni binanın inşasının da nəzərə alınmasını istəyib.
Günay Şahmar, Bizim.Media