Həmin görüşlərə oğlunu da aparırmış- Bu fotolar ilk dəfə yayılır

Azərbaycanın siyasi tarixində uzun illər strateji vəzifələr icra etmiş Ramiz Mehdiyev təkcə ölkə daxilində deyil, həm də Rusiya siyasi dairələri ilə əlaqələri ilə seçilən fiqurlardan biri olub. Son illərdə əldə olan foto və məlumatlar göstərir ki, onun müxtəlif beynəlxalq platformalarda, xüsusən də Rusiyada keçirdiyi həm açıq, həm də qapalı görüşlərində oğlu Teymur Mehdiyev də iştirak edib.

İlk baxışda adi müşayiət kimi görünən bu detal əslində post-sovet siyasi anatomiyasında təsadüfi sayılmır.

Bizim.Media xəbər verir ki, bu barədə Konkret.az məlumat yayıb. Mənbə qeyd edir ki, post-sovet məkanında yüksəkvəzifəli şəxslər üçün ailə üzvlərini mühüm görüşlərə aparmaq yalnız sosial jest deyil, həm də siyasi mesajdır. İlk növbədə Ramiz Mehdiyev varislik ideyası ilə çıxış edir. İkincisi, hesab edir ki, bu, ailənin təhlükəsizliyinin təmin olunması baxımından mühüm məsələdir.



Qeyd edək ki, Ramiz Mehdiyev Rusiyada MDB Təhlükəsizlik Şurasının iclaslarında dəfələrlə iştirak edib. Şəklin və əldə olunan digər məlumatların analizi onu deməyə əsas verir ki, oğlu Teymur Mehdiyevin bu görüşlərdə iştirakını təmin etməklə Ənvəroviç Rusiyanın güc mərkəzlərinə şəxsi loyallığını nümayiş etdirib. Bu kontekstdə Teymur Mehdiyevin yüksəksəviyyəli görüşlərdə Ramiz Mehdiyevin yanında görünməsi təsadüfi deyil və daha geniş siyasi məqsədlərin fraqmenti kimi oxuna bilər. Görüntülərin ən kritik tərəfi Teymur Mehdiyevin diplomatik masada, yüksəksəviyyəli nümayəndələrlə, o cümlədən Nikolay Patruşevlə (Rusiya Prezidentinin köməkçisi - red.) eyni sırada əyləşməsidir.

Ramiz Mehdiyev çox yaxşı bilir ki, yavaş-yavaş personal əlaqələr və simvolik jestlərlə Teymur Mehdiyevi diplomatik mühitə alışdırır, Rusiya elitası tərəfindən tanınmasına müvəffəq olur, müxtəlif təsir mərkəzləri ilə əlaqələrinin şəxsən qurulmasına zəmin yaradır. Bu praktika Qazaxıstan, Rusiya, Tacikistan, Belarus kimi ölkələrin siyasi mədəniyyətində geniş yayılıb.

Ənvəroviçə gün kimi aydındır ki, Rusiyanın siyasi sistemi şəxsi əlaqələrə yüksək dəyər verir. Və bu dəyərin müqabilində belə bir hesablama aparılır ki, Ramiz Mehdiyevin siyasi xətti ailə daxilində davam edəcək. Eləcə də Moskva anlayacaq ki, Kremllə olan münasibət uzunmüddətlidir. Bu, potensial varislik layihəsinin Moskva tərəfindən legitimləşdirilməsi yönündə incə addım ola bilərdi. Mehdiyev Patruşev vasitəsilə ailəsinin toxunulmazlıq strategiyasına da sadiqdir. Rusiya çətiri onun üçün bir “sığorta” idi.



Qoca qurd Kremlin kluarlarında eşidir ki, siyasi dəyişikliklərin sürətlə və sərt şəkildə baş verdiyi regionlarda elitalar üçün ən kritik məsələ ailənin hüquqi və fiziki təhlükəsizliyidir. Ramiz Mehdiyevin addımları bu kontekstdə iki ehtimalı gücləndirir. Bunlardan birincisi ailənin gələcək siyasi təzyiqlərə qarşı müdafiəsidir. Yüksək ranqlı şəxslər tez-tez ailələrini belə “strateji əlaqələrlə” sığortalayırlar. Teymur Mehdiyevin Rusiya rəsmilərinin masasında oturması bu mesajı da ötürürdü ki, bu ailəyə toxunmaq Moskva ilə münasibətləri dolaşdıra bilər. Ənvəroviç heç vaxt alternativ siyasi dəstək kanallarından imtina etməyib. Görüşlərin fotolarında Teymur Mehdiyevin rəsmi nümayəndə heyətinin üzvü kimi deyil, “xüsusi müşayiət edilən şəxs” kimi görünməsi arqumentlərimizin bariz təsdiqidir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

"iPhone" işlədənlərə pis xəbər

"iPhone" işlədənlərə pis xəbər

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

End of content

No more pages to load

RADİO