Cəlilabad rayonunda bataqlıq ərazisində yerləşən ovçuluq təsərrüfatında baş verən yanğın söndürülüb.
Bizim.Media xəbər verir ki, yanğın nəticəsində 5 hektar sahədə quru ot və qamışlıq sahə yanıb.
Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.
***13:51
Cəlilabad rayonunda bataqlıq zonasında yerləşən ovçuluq təsərrüfatında genişmiqyaslı yanğın baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, quru otlaq və sıx qamışlıq sahəsinin alışması nəticəsində yaranan tüstü kilometrlərlə uzaqdan belə seçilir.
Hadisə yerinə FHN-in Cəlilabad Yanğından Mühafizə Hissəsinin xüsusi texnikası və şəxsi heyəti cəlb olunub. Yanğının digər ərazilərə keçməsinin qarşısının alınması və alovun nəzarətə götürülməsi istiqamətində intensiv işlər görülür.
Yanğının başvermə səbəbləri araşdırılır.
Sabutay, Bizim.Media, Cənub bürosu