Sumqayıt şəhərinin bəzi hissələrində qaz təchizatında müvəqqəti fasilə olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz-İstismar Sahəsi məlumat yayıb.
Bildirilib ki, balans qovşağının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar dekabrın 2-də Sumqayıt şəhəri, Sarıqaya bağları ərazisində 550 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qazın verilişi işlər tamamlandıqdan sonra bərpa ediləcək.
Bizim.Media