Mehdiyev-Kərimli-Hacıbəyli ÜÇBUCAĞI – Hakimiyyəti zorla ələ keçirmək planı ilə bağlı SENSASİON DETALLAR

Noyabrın 29-da evində aparılan axtarışdan sonra Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) dindirilən AXCP sədri Əli Kərimli istintaqa cəlb edilib. Əli Kərimliyə AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. Dekabrın 1-də isə onun barəsində məhkəmənin qərarı ilə 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçilib.

MÖVZU İLƏ BAĞLI:

“Ramiz Mehdiyev” işində Əli Kərimli epizodu üzrə son ciddi detallar bəlli oldu – FOTOLAR


Eyni zamanda, sabiq millət vəkili, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin də Türkiyədən deportasiya ediləcəyi gözlənilir. Gültəkin Hacıbəylinin də adı “Ramiz Mehdiyevin işi”ndə hallanır.

Bir məktubda birləşən iki fiqur – Mehdiyev-Kərimli tandemi

Yerli mətbuatın yazdığına görə, DTX-nin AXCP sədri Əli Kərimlinin evində apardığı axtarış zamanı evdən “Milyarderlər İttifaqı” ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı və s. sənədlər tapılıb.

Hansı ki, Mehdiyevin Rusiyaya yazdığı həmin məktubda çevriliş planının detalları və onun arzusunda olduğu dövlət quruluşu modeli öz əksini tapıb. Həmin məktubun ilkin variantının Əli Kərimlinin evində tapılması isə AXCP sədrinin də dövlət çevrilişi planının tərkib hissəsi olduğunu göstərir.

Bu fakt yeni olsa da, Əli Kərimlinin Ramiz Mehdiyevlə bağlantıları uzun illərdir davam edir...

Paralel təşkilatlanma – “Milyarderlər İttifaqı”ndan “Milli Şura”ya

Məlum olduğu kimi, 2010-cu illərin əvvəllərindən başlaraq ölkəmizdə radikal qüvvələr fəallaşmağa başladı. Ən diqqətçəkən məqam isə prosesin Azərbaycan və Rusiyada paralel, koordinasiya olunmuş şəkildə aparılması idi.

Belə ki, Ramiz Mehdiyevin yaxın dostu, Azərbaycana qarşı fəaliyyəti dəfələrlə ifşa olunsa belə, müdafiə etdiyi Abbas Abbasov 2012-ci ildə Rusiyada hamının “Milyarderlər İttifaqı” kimi tanıdığı “Rusiya Azərbaycan Təşkilatları İttifaqı”nı yaratdı. İBRUS şirkətinin sahibi Rüstəm İbrahimbəyov isə (İB - İbrahimbəyov, RUS-Rustam) Abbas Abbasovla birgə “Milyarderlər İttifaqı”nın Koordinasiya Şurasının üzvü oldu.

Bundan dərhal sonra, Rüstəm İbrahimbəyov missiyası üzrə Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəylini başına yığıb “Milyarderlər İttifaqı”nın kapitalı ətrafında “Milli Şura”nı yaratdı.

Gültəkin Hacıbəylinin yenilənmiş obrazı

Məlum olduğu kimi, sonradan “Milli Şura”nın əsas simalarından birinə çevrilən Gültəkin Hacıbəyli II və III çağırış Milli Məclisin deputatı olub. Gültəkin Hacıbəyli həmin dövrdə Ramiz Mehdiyevə həm ideoloji, həm də şəxsi yaxınlığı ilə seçilib. Son günlərdə yenidən gündəmə gələn məlum müsahibədə Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevi “həssas qəlbə sahib” insan kimi təqdim etməsi də məhz şəxsi yaxınlıq münasibətlərindən irəli gəlir.


Nə təsadüfdürsə, məhz həmin dövrdə - 2010-cu illərin əvvəlində Gültəkin Hacıbəyli birdən-birə müxalifət düşərgəsində peyda oldu. Daha doğrusu, Gültəkin Hacıbəyli mandat ala bilmədikdən sonra Ramiz Mehdiyevin tapşırığı ilə “Milli Şura”ya qoşuldu.

Mitinq taktikası yoxsa ictimai şou?

Sözügedən qruplaşmanın 2013-cü il seçkilərində planları iflasa uğrasa da, “Milli Şura” təxribat fəaliyyətlərini dayandırmadı. Həmin dövrdə onlar davamlı olaraq ölkə daxilində təxribatlara əl atırdı. Həmin qüvvələr paytaxtda davamlı olaraq icazəsiz mitinqlər keçirməyə çalışırdılar.

Diqqətçəkən məqamlardan biri də odur ki, təxribatlar daha çox xüsusi günlərdə baş verirdi. Nə zaman ki, Bakıda nüfuzlu tədbir keçirilir, yaxud Dövlət başçısı mühüm xarici səfərə hazırlaşırdı, o anda radikal müxalifət aksiyalara başlayırdı.

Təbii ki, həmin dövrdəki mitinqlərin real təsir gücü sıfıra bərabər idi. Ancaq aksiyalar media tərəfindən daim şişirdilir, “hakimiyyətə təhlükə” illüziyası formalaşdırılırdı. Bu isə Ramiz Mehdiyevin planının tərkib hissəsi idi. O, bu variantla özünü radikal müxalifətin qarşısındakı əsas qüvvə, “hakimiyyətin qoruyucusu” kimi təqdim edirdi.

Koordinasiyalı maliyyələşmə - Əli Kərimlinin evinə axan pullar

Uzun müddət “qış yuxusu”na getmiş radikal müxalifətin 2011-ci ildən etibarən fəallaşmasında ən başlıca faktor xaricdən maliyyə kanalının açılması idi. “Milyarderlər İttifaqı”nın vəsaitləri hesabına “Milli Şura” aktiv şəkildə mitinqlər təşkil etmək imkanı qazanmışdı. 

Məsələnin bir maraqlı tərəfi də odur ki, qeyd olunan kapital sonrakı illərdə də AXCP adından Əli Kərimlinin öz evinə axıb. Həmin pulların bir hissəsi iğtişaşlara cəlb olunan şəxslərə təklif olunub.

Təbii ki, bu maliyyələşmədən Gültəkin Hacıbəyli də Ramiz Mehdiyev xətti ilə öz payını alıb. Mehdiyevin kürəkəni İlham  Əlisəftər oğlu Əliyevin sahibi olduğu “NLT” MMC tərəfindən inşa edilmiş Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 251A nömrəli 15 mərtəbəli binada Gültəkin Hacıbəyliyə gizli şəkildə 2 müasir mənzil hədiyyə edilib. Bundan əlavə, Gültəkin Hacıbəyli Ramiz Mehdiyevin hesabında Goranboy rayonunda hektarlarla torpağı öz adına rəsmiləşdirib.

Mitinqlərin sonuncu pərdəsi

Nəzərə alaq ki, 2018-2019-cu illərdə pozucu qüvvələr xüsusilə fəallaşmışdılar. Hansı ki, həmin dövrdə ölkəmizdə aktiv islahatlar aparılır, Ramiz Mehdiyevə yaxınlığı ilə seçilən kadrlar bir-bir vəzifələrindən uzaqlaşdırılırdı.

Belə bir məqamda Ramiz Mehdiyev islahatlara, özünü gözləyən məlum sona mane olmaq üçün “mitinq oyunu”nu yenidən aktivləşdirdi. Əsas məqsəd isə hakimiyyətə öz önəmini göstərmək idi. Guya Azərbaycanda real “anti-iqtidar qüvvələr” var və “Mehdiyev olmasa, hakimiyyətə təhlükə yarana bilər”.

2019-cu il oktyabrın 19-da “Milli Şura” sonuncu aksiya cəhdini, daha doğrusu Mehdiyevdən gələn axırıncı əmri yerinə yetirmək üçün küçələrə axışdı. Heç vaxt olmadığı qədər canfəşanlıq göstərdilər, təxribatlar törətməyə çalışdılar.

Cəmi dörd gün sonra – oktyabrın 23-də Ramiz Mehdiyev vəzifəsindən uzaqlaşdırıldı. Həmin vaxtdan “Milli Şura”nın da küçələrdən ayağı birdəfəlik kəsildi. Çünki Mehdiyevin gedişi ilə, onlar lazımi imkanlardan – maliyyə və təxribat planlarından məhrum qaldılar.

Hakimiyyəti zorla ələ keçirmək planının iflası

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı istintaq bir çox qaranlıq məqamlara işıq salır. Yavaş-yavaş məlum olur ki, özünü “müxalifətçi” kimi təqdim edənlər əslində şimaldan gələn tapşırıqları yerinə yetirən Ramiz Mehdiyevin kuklaları imiş...

Onlar uzun illər boyu ölkə daxilində sabitliyi pozmaq, etimadsızlıq mühiti yaratmaq cəhdləri ilə yanaşı hakimiyyəti zorla ələ keçirmək planları da qurublar. 

Lakin bu gün həmin planlara, ssenari müəllifinə və icraçılarına siyasi səhnədə yer yoxdur. Bu gün Ramiz Mehdiyevin, Əli Kərimlinin və bu şəbəkənin digər üzvlərinin cinayətlərinə görə qanun qarşısında cavab verməsinin vaxtıdır...

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu ölkədə taksi qiymətləri ucuzlaşır

Bu ölkədə taksi qiymətləri ucuzlaşır

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

"iPhone" işlədənlərə pis xəbər

"iPhone" işlədənlərə pis xəbər

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

End of content

No more pages to load

RADİO