Cəbrayıl rayonu Horovlu kənd tam orta ümumtəhsil məktəbi fəaliyyətə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən bildirilib.
Məlumata görə, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov məktəbin fəaliyyətə başlaması münasibətilə müəllimləri, şagirdləri və valideynləri təbrik edib.
O, işğaldan azad olunmuş ərazilərdə tədris prosesinin qısa müddətdə bərpasının ölkəmizdə təhsilə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb, həmçinin cari tədris ilində qarşıda duran vəzifələr barədə danışıb.
Məktəbin direktoru Zamiq Həmzəyev də çıxış edərək kollektivə uğurlar arzulayıb, yaradılan şərait və qarşıya qoyulan təhsil hədəfləri haqqında məlumat verib.
Qeyd edək ki, cari tədris ilində Horovlu kənd tam orta ümumtəhsil məktəbində 103 şagirddən ibarət 11 sinif formalaşdırılıb və 17 müəllim tədris aparacaq.

















Bizim.Media