Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinə yeni müdir təyinatı olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin müdir müavini Ceyhun Cavadov Şabran bölməsinin müdiri vəzifəsinə təyin edilib.
Şabran bölməsinin əvvəlki rəisi Fuad Hüseynov isə artıq xəbər verdiyimiz kimi Qusar şöbəsinə rəis göndərilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.