Paytaxtda illərdir, sökülməsi planlaşdırılan mənzillərin bir çoxunda hələ də yaşayış davam edir. Bakı və Bakı ətrafı ərazilərdə istismar müddəti bitmiş binaların sayı 16 000, ölkə üzrə isə 25 000-dir. Bundan əlavə, 1 100 bina qəzalı kimi qeydiyyatdadır:
Maraqlıdır, sözügedən mənzillərin sökülməsi prosesi nə zaman yekunlaşa bilər?
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Bizim.Media-ya açıqlamasında bildirib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi son 5-6 il ərzində tikinti şirkətlərinə icazələrin verilməsini məhdudlaşdırıb:
“Bu baxımdan daşınmaz əmlak bazarında qiymətlər də kəskin dəyişib. Qiymətlərin tez-tez kəskin artdığının şahidi oluruq. Bundan əlavə, daha köhnə bir məsələ də var. Belə ki, Nazirlər Kabinetinin 83 saylı qərarına əsasən, Bakı şəhəri, birinci mikrorayonda yerləşən fransız lahiyəli binalar sökülməlidir. Ərazidə 30-dan çox bina var. 2017-ci ilin aprel ayından aidiyyatı qurum və Nazirlər Kabineti tərəfindən sökülməsi təsdiqlənib. Lakin hələ də həmin binalarda yaşayış davam edir”.
Naibə Məmmədova, Bizim.Media